Xarici Satınalma üzrə menecer
 
JOB TITLE: Xarici Satınalma üzrə menecer
EMPLOYER: Az-Granata MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-18 LAST UPDATED: 2020-06-18 DEADLINE: 2020-07-18



Şirkət: AZ-Granata MMC

Vəzifə: Xarici Satınalma üzrə menecer

ÖHDƏLİKLƏR

 Xarici Təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
 FMCG sektorunda xarici təchizat bazarının daim araşdırılması, xərclərin və təchizat şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların tapılması;
 Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
 Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
 Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
 Şirkətin satınalma əmrlərinə nəzarət etmək;
 Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
 Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
 Şirkət əməkdaşları ilə təchizatla bağlı yazışmaların aparılması;
 Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
 Təchizatla bağlı iclaslarda iştirak etmək;
 Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
 Tələb olunduqda daşınma və gömrük işlərində yardım göstərmək.

TƏLƏBLƏR

 Müvafiq sahə üzrə ali təhsil;
 Oxşar vəzifə öhdəlikləri üzrə azı 5 il iş təcrübəsi;
 Təşkilatçılıq bacarığı;
 Sərbəst qərar verə bilmək bacarığı;
 İşlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
 Güclü şifahi ünsiyyət qurmaq bacarığı;
 Kompüter biliyi: MS Office;
 Azərbaycan, İngilis və Rus dillərində səlis danışıq və yazışma.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@moderngroup.az elektron ünvanına mövzu hissəsində vəzifənin adını “Xarici Satınalmalar üzrə menecer” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP