İnşaatçı mühəndis
 
JOB TITLE: İnşaatçı mühəndis
EMPLOYER: Azərşəkər LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-18 LAST UPDATED: N/A DEADLINE: 2020-07-18

2017-ci ildən fəaliyyətə başlayan "Azərşəkər MMC" kənd təsərrüfatına yeni nəfəs, müasir texnologiyalar və yerli fermerlərə əvəzsiz imkanlar gətirir. Vertikal inteqrasiyalı bir şirkət olaraq fəaliyyət göstərməyi nəzərdə tutduğumuz əkin sahələrində növbəli əkin sisteminə riayət etməyi, müasir kənd təsərrüfatı maşın və avadanlıqlarından, müasir suvarma sistemlərindən və becərmə texnologiyalarından istifadəni nəzərdə tuturuq. Təsərrüfatlarımızda səmərəli kənd təsərrüfatı fəaliyyətinin qurulması və yeni texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi əsas hədəflərimizdəndir.

İnşaatçı mühəndis

Peşə biliklərinə dair tələblər:

• Bina və qurğuların inşaat layihələrinin və tikintiyə icazələrin alınması üçün sənədlər toplusunun hazırlanması.
• Layihələndirmə prosesləri üçün texniki tapşırıqların hazırlanması.
• İnşaat layihələrinin yoxlanması və analizi.
• İnşaat layihələrinin hazırlanması üzrə istifadə olunan layihə proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı (AutoCAD, MicrostationV8, CiVİL 3D, Gant Chart və Ofis proqramları)
• İnşaat layihələrinin verilmiş texniki tapşırığa, Azərbaycan respublikasında quvvədə olan İN və Q -na uyğun layihələndirilməsinə nəzarətin təşkilini bilməlidir.
• Seçilmiş podratçı şirkətlərin, texniki qiymətləndirilməsinin sənədlər toplusunun hazırlanması.
• Tikinti sahələrinə baxış və tikintinin layihəyə uyğun icrasına nəzarətin təşkili.
• Təmir tikinti işlərinə BOQ-lərin smetaların hazırlanması.
• Eskiz layihələrin hazırlanması, hazırlanmış eskiz layihələr əsasında inşaat işlərinin həyata keçirilməsinin təşkili.
• Təmir tikinti işlərində material sərfiyatının hesablanması.
• Tikinti sahələrinə mühəndis topoqrafiya və mühəndis geoligiya işlərinin yerinə yetirilməsi üçün texniki tapşırıqların hazırlanması.
• Təmir tikinti işləri üzrə illik və yarımillik büdcələrin hazırlanması.
• Azərbaycan respublikasında qüvvədə olan İN və Q rını bilməli və onlardan istifadə etmək bacarığına malik olmalıdır.
• Detalların eskiz cizgilərin hazırlanması və həmin cizgilərdən istifadə etmək bacarığına malik olmalıdır.
• Beton sement qum məhlullarinin hazırlanması qaydalarını və onlardan inşaatda istifadə normalarını bilməlidir.
• Sement qum məhlullarinda betonlarda sement/su münasibətlərıni normativ qaydalara görə yoxlanması metodikasını bilməlidir.
• Texniki şöbənin planlama mühəndisi ilə birlikdə şirkət üzrə təmir tikinti işlərinin qrafiklərinin hazırlanması

Ümumi tələblər:

- Tələb olunan ixtisas üzrə ali təhsil;
- Müvafiq sahələrdə 5 ildən çox iş təcrübəsi;
- Texniki Rus dili üzrə biliklər;
- İngilis dilləri üzrə biliklər arzuolunandır;
- Məsuliyyətlilik və komandada işləmək bacarığı;
- Analitik qabiliyyətlər.

Əlavə məlumat:

İş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

Maraqlanan şəxslər öz CV formalarını hr@azsf.az elektron poçt ünvanına başlıq yerində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP