İstehsal və İnvertar üzrə Kiçik Mühasib
 
JOB TITLE: İstehsal və İnvertar üzrə Kiçik Mühasib
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-19 LAST UPDATED: N/A DEADLINE: 2020-07-19

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “İstehsal və İnvertar üzrə Kiçik Mühasib

İşin qısa təsviri :

İstehsalat əməliyyatlarının yoxlanışının həyata keçirilməsi, itki faizlərinin müəyyənləşdirilməsi, istehsalata çəkilən xərclərin təsviri və invertarların hərəkətlərində anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət olunması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İstehsalat əməliyyatlarının yoxlanışının həyata keçirilməsi və itki faizlərinin müəyyənləşdirilməsi;
• İnvertarların hərəkətlərində anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət olunması;
• İstehsalata çəkilən xərclərin təsviri və sistemə daxil edilməsi;
• Gündəlik istehsal əməliyyatlarının yoxlanması.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Mühasibat qaydaları, Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda biliklər;
• İFRS üzrə mükəmməl biliklərə sahib olmalı;
• Müvafiq sahə üzrə sertifikatları olmalı.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Ali (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə);
• İş təcrübəsi : Ticarət şəbəkələrində və ya istehsal sahələrində 1 illik;
• Kompüter bilikləri : MS Office və LOGO Enterprise;
• Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə).

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı şəhəri;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Tibbi Sığorta ilə təminat.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal və İnvertar üzrə Kiçik Mühasib” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP