Qiymətləndirmə üzrə ekspert
 
JOB TITLE: Qiymətləndirmə üzrə ekspert
EMPLOYER: Azsığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-20 LAST UPDATED: 2020-06-20 DEADLINE: 2020-07-20

QİYMƏTLƏNDİRMƏ ÜZRƏ EKSPERT

Vəzifəyə olan tələblər:

• Ali təhsil (Əmtəəşünas).
• 1 ildən az olmayaraq müvafiq sahədə iş stajı.
• Kompyuter bilikləri.
• Azərbaycan və Rus dilləri.

İş barədə məlumat

• Təqdim olunmuş material (əmtəə) və qiymətlərin pərakəndə (sərbəst satış) satış qiymətinin müəyyən edilməsini həyata keçirir.
• Təqdim olunmuş əşyaların istehsal yeri, hansı üsulla (kustar və ya zavod üsulu ilə) hazırlanmasını müəyyən edir, əşyaların köhnəlmə faizlərinə zədə alınmaqla onların qalıq dəyərlərini təyin edir.
• Avtonəqliyyat vasitələrinin qalıq dəyərinin müəyyən edilməsi, təqdim olunmuş əşyaların keyfiyyətini, əşyaların istifadə üçün yararlı olub-olamamsını, təbii itki normalarının tətbiqinin düzgünlüyünü müəyyən edir.
• Qiymətləndirmə prosesinin təşkili və nəzarəti, qiymətləndirmə prosesi zamanı tərəfdaşlarla ünsiyyətin saxlanılması, qiymətləndirmə nəticəsinin təhlili və yekun nəticə barədə rəyin bildirilməsini həyata keçirir.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu sətrində “ Qiymətləndirmə üzrə ekspert ” qeyd edərək cv@azinsurance.az elektron ünvanına göndərməyi xahiş edirik. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP