Layihə meneceri-inşaat mühəndisi (Sumqayıt)
 
JOB TITLE: Layihə meneceri-inşaat mühəndisi (Sumqayıt)
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-23 LAST UPDATED: N/A DEADLINE: 2020-07-23

Vəzifə: Layihə meneceri-inşaat mühəndisi (Sumqayıt)

İşəgötürən: Qartal Tikinti Firması

Əmək haqqı: Razılaşma əsasında

Tələblər:

- İnşaat mühəndisi ixtisası üzrə ali təhsili olmalı;
- Yaş: 22 - 35;
- İngilis dili bilməli;
- Müxtəlif təyinatlı obyektlərin tikintisi və xüsusilə hündürlükdə metal-konstruksiyaların quraşdırılması işlərində ən azı 3 il iş təcrübəsi olmalı;
- Layihə sənədlərini mükəmməl oxuya bilmək və iş prosesində tətbiq etmək qabiliyyəti olmalı;
- Dəqiq iş həcmlərini çıxara bilməli;
- Təsdiqlənmiş iş həcmlərinə əsasən qiymətləndirmə hazırlaya bilməli;
- Microsoft Office və Autocad proqramlarını mükəmməl bilməli; digər mühəndislik proqramlarını bilmək arzu olunandır;
- İşi tikinti normaları və əməyin mühafizəsinə dair qanunvericilik aktları ilə təşkil etməli;

Vəzifə öhdəlikləri:

- İşin təhlükəsiz, yüksək keyfiyyətlə və optimal zamanda tamamlanmasına rəhbərlik etmək;
- Ofisdə və tikinti sahəsində layihəyə aid olan bütün işləri nəzərətdə saxlamaq, işin təşkilini nöqsansız yerinə yetirmək;
- Tabeliyində olan işçilərə rəhbərlik etmək, işi planlaşdıraraq əvvəlcədən və düzgün bölüşdürmək;
- Sifarişçi ilə danışıqlar aparmaq, müvafiq sənədləşmə işləri və aktların imzalanmasını təşkil etmək;
- İş həcmləri çıxarmaq, qiymətləndirmə hazırlamaq;
- Layihəndirmə və tikintiyə icazələrin alınması işlərinə nəzarət etmək;
- Layihənin yüksək gəlirliliklə tamamlanması üçün lazımi tədbirləri görmək;
- İşin gedişatı ilə bağlı firma rəhbərliyi və sifarişçiyə göndərilən gündəlik raportların hazırlanmasına nəzarət etmək;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək;

İş haqqında məlumat:

- Firmanın baş ofisi Sumqayıt şəhərində yerləşir. Sahədəki işlər əsasən Sumqayıt və Bakı şəhəri ərazisində olmaqla bərabər, Çilov adası, Neft daşları və platformalarda da yerinə yetirilir.
- Firma tərəfindən nahar, iş saatlarında xidməti maşın və korporativ nömrə təmin olunur;
- İş saatı 08:00-18:00;
- İstirahət günü - Bazar günü;

Əlaqə vasitələri:

CV-nizi mövzu hissəsində “Layihə meneceri-inşaat mühəndisi” qeyd edərək info@qartal.az email ünvanına göndərin. Telefon: 050-235-48-67

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP