Satınalma şöbəsinin meneceri
 
JOB TITLE: Satınalma şöbəsinin meneceri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-24 LAST UPDATED: N/A DEADLINE: 2020-07-24

Satınalma şöbəsinin meneceri

Namizədə dair tələblər

• İş təcrübəsi: müvafiq sahə üzrə 5 illik iş təcrübə, minimum 2 illik darəetmə təcrübəsi;
• Təhsil: Ali təhsil (Müvafiq sahə ilə bağlı beynəlxalq sertifikatlar üstünlük sayılır);
• Dil biliyi: Azərbaycan dili və rus dili-əla, ingilis dili-yaxşı;
• Yerli və xarici bazarda qiymət araşdırmasının aparılması bacarığı;
• Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.

Vəzifələr

• Şöbə üzrə büdcə hazırlamaq;
• Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchizi üçün müvafiq araşdırmalar aparmaq və nəticəsi barədə departamentin direktoruna məlumat vermək;
• Daim alternativ xarici və yerli tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
• Mövcüd təchizatçılarla uyğun iş şərtlərinin razılaşdırılması və müqavilələri bağlamaq;
• Baş ofis, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq;
• Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək;
• Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək;
• Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;
• Təchizatçıların bazasının mütəmadi yeniləmək və təchizatçı firmalarla danışıqlar aparmaq;
• Tabeçiliyində olan işçilərin gündəlik işlərinə nəzarət etmək;
• Keyfiyyətə nəzarət və təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirmək və proses boyu nəzarət etmək.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni hrecruting15@gmail.com elektron ünvanına göndərə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP