Kredit işçisi
 
JOB TITLE: Kredit işçisi
EMPLOYER: Kredit Evi QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-24 LAST UPDATED: N/A DEADLINE: 2020-07-24

Kredit işçisi – Kredit Evi

“Kredit Evi”QSC – nin Bakı, Bərdə, Yevlax, Ağdaş, Mingəçevir, Sabirabad, Ağsu, Kürdəmir, İsmayıllı, Lənkəran, Agcabədi, Gəncə, İmişli, Beyləqan, Şirvan, Salyan, Cəlilabad, Neftçala, Biləsuvar, Sumqayıt, Xırdalan və Tovuz filialları üçün “Kredit işçisi” vakansiyası elan edir.

Kredit işçisi üçün tələblər

• Yaş həddi: 21-30 yaş
• Cins: fərq etməz
• Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
• İş təcrübəsi: Arzu olunandır
• Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır
• Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
• Bacarıqlar: Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.

İşin təsviri:

• Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
• Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdir) hr@kreditevi.az elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Kredit işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP