Hüquq Şöbəsinin Rəisi
 
JOB TITLE: Hüquq Şöbəsinin Rəisi
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-24 LAST UPDATED: N/A DEADLINE: 2020-07-24

Hüquq Şöbəsinin Rəisi

MKT-İK MMC (Pambıq müəssisəsi) Hüquq Şöbəsinin Rəisi vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Cəmiyyətin və filiallarının hüquqi işlərinə metodiki rəhbərlik edilməsi, sturuktur bölmələrə hüquqi yardım göstərilməsi;
• Cəmiyyətin və filiallarının fəaliyyətinin hüquqi aspektlərinə mütəmadi olaraq nəzarət edilməsi;
• Cəmiyyətin və filiallarının məhkəmə proseslərində təmsil olunmasının təşkil edilməsi;
• Cəmiyyətin və filiallarının dövlət orqanları və digər tərəfdaşlarla münasibətlərdə təmsil olunması;
• Dövlət orqanları ilə sənədləşmə işlərini həyata keçirilməsi;
• Daxili sənədlərin hüquqi tələblərə uyğunluğunun yoxlanması;
• Cəmiyyətin və filiallarının təsis sənədlərində baş vermiş dəyişikliklərin sənədləşdirilməsi və təsdiqlənməsi;
• Tabeliçiliyində olan işçilərin mütəmadi olaraq istiqamətləndirilməsi və inkişaf etdirilməsi.

Tələblər

• Hüquq sahəsi üzrə ali təhsil;
• Hüquq sahəsində Rəhbər olaraq minimum 5 il iş təcrübəsi;
• Kompüter bilikləri - 1C, Word, Excel;
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır.
• Ölkədaxili ezamiyyət getmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30
Sınaq müddətindən sonra Tibbi sığorta (Paşa Sığortada) olacaqdır.

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hüquq Şöbəsinin Rəisi” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP