Fasad üzrə mühəndis
 
JOB TITLE: Fasad üzrə mühəndis
EMPLOYER: Lodos MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-25 LAST UPDATED: N/A DEADLINE: 2020-07-25

Fasad üzrə mühəndis

Namizədə dair tələblər:

- Azərbaycan və İngilis dili (Rus dili arzu olunandır);
- MS Office, AutoCAD, Tekla Structures (Autodesk Revit arzu olunandır);
- Texniki ali təhsil;
- Fasad sistemləri istehsalı texnologiyasını, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunandır;
- Ünsiyyət və analitik düşünmə bacarığı;
- Komandada işləmə bacarığı, təşəbbüskarlıq;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;

Namizədə dair vəzifələr:

- Tikinti sahəsində verilən ölçülərin əsasında müvafiq proqramlarda mövcüd vəziyyətin layihələndirilməsi;
- Mövcüd eskiz və işçi layihələrə əsasən şüşə və asma fasadların işçi layihəsini işlənilməsi;
- Metal konstruksiyalarının işçi layihəsini işlənilməsi;
- Material sərfiyyatlarını hesablamaq;
- Fasad işləri layihələrini layihəçi və subpodratçı təşkilat ilə müzakirə etmək;
- Fasad işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək, gündəlik hesabatlar təqdim etmək, uyğunsuzluqların aradan qaldırılması üçün önləyici tədbirlər görmək, əgər bu mümkün deyilsə, uyğunsuz iş barədə hesabat tərtib etmək və vaxtında aradan qaldırılamsına nail olmaq;
- Fasad layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;

Digər tələb və şərtlər:
Yaş həddi: 25-40;
Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur;
İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat), şənbə yarım gün;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini info@lodos.az elektron ünvanına mövzu yerinə “Fasad üzrə mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP