Təchizat üzrə mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə mütəxəssis
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-25 LAST UPDATED: N/A DEADLINE: 2020-07-25

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının rezidentidir.

Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 850-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Təchizat üzrə mütəxəssis

İşin təsviri:

• Tələbnamələrə əsasən xarici bazarın araşdırılması və müqayisə olunması;
• Satınalmalar üzrə tenderlərin keçirilməsi və sənədləşmə işlərinin aparılması,
• Satınalmalar üzrə müxtəlif hesabatların hazırlanması;
• Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
• Gündəlik işlərin planlaşdırılması və analizi;
• Sifarişlərin proqram təminatında yerləşdirilməsi və onların izlənilməsi;
• Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dili biliyi;
• MS Office proqramları üzrə biliklər;
• Yaş həddi: 25 – 35 yaş;
• Satınalma və təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
• Fərdi və komandada işləmək bacarığı;
• Dəqiq və sürətli işləmək bacarığı.

İş şəraiti:

• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=95 və ya hr@metak.az ünvanına CV göndərərək 25.07.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP