Elektronçu
 
JOB TITLE: Elektronçu
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-06-25 LAST UPDATED: N/A DEADLINE: 2020-07-25

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının rezidentidir.

Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 850-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Elektronçu

İş barədə məlumat:

• İstismarda olan elektron dəzgahlara texniki xidmətin göstərilməsi;
• Avadanlıqların təmiri və sınaq işlərinin aparılması;
• Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanılması, baxış və cari təmirin aparılması;
• Aşkar olunmuş nasazlıqların aradan qaldırılması.

Namizədə tələblər:

• Cinsi: Kişi;
• 25-45 yaş;
• Ali texniki təhsil;
• Müvafiq iş stajı 3-5 il;
• Dövrə sxemlərini oxumağı bacarmalıdır;
• Elektronikanı və avtomatikanın əsaslarını bilməlidir;
• Sənaye avadanlıqlarının ana platalarında yaranan problemləri həll etməlidir.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=109 və ya hr@metak.az ünvanına göndərərək, 25.07.2020– ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar..

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP