İnvestisiyaların idarə olunması üzrə mütəxəssis
 
JOB TITLE: İnvestisiyaların idarə olunması üzrə mütəxəssis
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-03 LAST UPDATED: N/A DEADLINE: 2020-08-02

“PAŞA Sığorta” ASC namizədləri “İnvestisiyaların idarə olunması üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin investisiya portfelini təhlil etmək və portfelin idarə olunmasında dəstək olmaq;
• Potensial investisiya imkanlarının, yeni maliyyə alətlərinin təhlilində iştirak etmək;
• Həm qısamüddətli, həm də uzunmüddətli maliyyələşdirmə ehtiyaclarının idarə edilməsində iştirak etmək;
• Bütün müvafiq əməliyyatların həyata keçirilməsində təşəbbüskar olmaq və icraya nəzarət etmək;
• Daxili maliyyə bazarlarında aparılan əməliyyatlar ilə tanış olmaq;
• Strateji İdarəetmə və Maliyyə Departamenti, Aktuar Xidməti və Risklərin İdarəolunması Departamenti ilə müvafiq istiqamətlər üzrə sıx əməkdaşlıq etmək;
• Daxili hesabatların hazırlanmasında köməklik göstərmək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirmək.

Bilik və bacarıqlar:

• Maliyyə və ya İqtisadiyyat istiqamətində ali təhsil;
• Sabit gəlirli qiymətli kağızlar, depozitlər barədə nəzəri bilik və qiymətləndirmə bacarıqları;
• Kompyuter bilikləri: MS Office ilə qabaqcıl istifadə bacarıqları (EViews proqramına dair biliklərin olması arzu olunandır);
• Dil bilikləri - Azərbaycan, rus və ingilis dillərinin mükəmməl, işlək səviyyədə olması;
• İqtisadi təhlil etmə və modelləşdirmə bacarıqları;
• CFA 1-ci səviyyə və FRM imtahanından keçmiş namizədlərə üstünlük veriləcək;
• İnvestisiyaların idarəolunması sahəsində ən azı 2 il iş təcrübəsi;
• Məntiqi və analitik düşünmə tərzi;
• Dəqiqlik, diqqətlilik;
• Komanda daxilində işləmə bacarığı;

Son müraciət tarixi: 30 iyul, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP