Ofis meneceri
 
JOB TITLE: Ofis meneceri
EMPLOYER: Premium Transport MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-06 LAST UPDATED: 2020-07-07 DEADLINE: 2020-08-05

PREMİUM TRANSPORT MMC

Vəzifə : Ofis meneceri
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Şıx qəsəbəsi, Salyan şossesi 12, Grand park II

Namizədə tələblər:

• Ali təhsil
• Ofis meneceri kimi minimum 1 il iş təcrübəsi
• Kompyuter bilikləri: Word, Excel, Outlook
• Xarici dil bilikləri: Rus və İngilis dili

İş öhdəlikləri:

• Sənədlərin qəbulu, uçotu, qeydiyyatı və icrasına nəzarəti təmin edir.
• Direktorun imzalayacağı sənədlərin hazırlanma keyfiyyətinə, onun düzgün tərtib olunmasına nəzarət edir.
• Direktorun verdiyi göstərişlərə və sənədlərin icrasına nəzarəti, onların vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün operativ tətbirləri həyata keçirir.
• MMC-nin fəaliyyəti üçün həm dövlət, həm də kommersiya idarələri, ayrıca vətəndaşlar ilə operativ əlaqə yaradır
• MMC-nin direktorunun görüşünə gələn qonaqları qəbul edir
• Otaqların və MMC-nin binasının ətraf ərazilərinin təmizliyi üzrə işlərə rəhbərliyi həyata keçirilir
• İşiqlandırmanın, istilik sistemlərinn, ventilyasiyanın və s. qüsursuzluğuna nəzarəti təmin edir
• Gündəlik iclasların, təsərrüfat xidmətinin təşkil edilməsinə cavabdehlik edir
• Şirkəti mebel inventarı ilə təmin edilməsi, onların qorunması və vaxtında təmir olunmasına nəzarət edilməsi
• İşçilərin dəftərxana ləvazimatı ilə təmin edilməsi
• Təmizlik işlərinin və daxili otaqların səliqəli saxlanılmasını təşkil edir
• Mədaxildən sonra vaxtında inventar nömrələri saymaq, işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq
• Otaqların və hesabdan silinmiş mebellərin təmirinə vaxtında sifarişlər verir.

İş qrafiki:

• 5 günlük iş norması
• Nahar şirkət tərəfindən verilir.
• İş yerinə çatdırılma üçün servis mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“ofis meneceri” başlığı ilə) göndərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP