Keyfiyyətə Nəzarət Meneceri
 
JOB TITLE: Keyfiyyətə Nəzarət Meneceri
EMPLOYER: Caspian Marine Service DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-07 LAST UPDATED: 2020-07-07 DEADLINE: 2020-08-06

Keyfiyyətə Nəzarət Meneceri

Vəzifə öhdəlikləri:

1. İnşaat işlərinə, metal-konstruksiya və boya işlərinə nəzarət etmək
2. Svay və istinad divarı, Torpaq işləri, Civil işləri və gələcdə görüləcək işlər üçün İTP hazırlanması
3. Prosedurların hazırlanması ( İSO 9001 -ə uyğun)
4. Yoxlama Test Planına uyğun betonun mix design olunması
5. Yoxlama sorğuları (RFİ), Material təsdiq sorğuları (MAR), Uyğunsuzluq hesabatları (NCR), Müşahidə hesabatları (OBS) formalarının tərtib olunması və bunlara uyğun işin aparılması
6. Beynəlxalq standartlara uyğun sahədə işin təşkili
7. Svay quyusunun layihəyə uyğun qazılmasına nəzarət
8. Armatur karkaslarının layihəyə uyğun təhvil-təslimi
9. Sahədə betonun İTP -ə əsasən axarlığının, temperaturunun və vaxtının yoxlanılması
10. Betonun kub nümunələrinin doldurulmasına və 7- 28 günlərində qırımına nəzarət
11. Materialın sertifikatla uyğunluğunun yoxlanılması və test olunmasına nəzarət
12. Sahədə aparılan qazıntı və betonun işlərinin qeydiyyatının aparılması
13. Podratçının sənədləşmə işlərinin mütəmadi audit olunması
14. Podratçının gördüyü və gələcəkdə görəcəyi bütün işlərin düzgün layihəyə uyğun aparılmasına nəzarət.

Tələblər:

• Ali təhsil (mühəndislik, tikinti)
• Müəssisənin keyfiyyət menecmenti sistemində İSO standart tələbleri;
• İSO 9001 sertifikatı olan kandidata üstünlük verilir;
• Keyfiyyətə nəzarət üzrə menecer olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı, ümumi staj 5-10 il;
• Azərbaycan və İngilis dilləri əla səviyyədə bilməli;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
• Komandada işləmək bacarığına sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.

Əlaqə üçün e-mail: i.rasulzade@cmsproperties.az

6499
Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP