Mühəndis-təchizatçı
 
JOB TITLE: Mühəndis-təchizatçı
EMPLOYER: ATEF Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-08 LAST UPDATED: N/A DEADLINE: 2020-08-07

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Mühəndis-təchizatçı” vəzifəsinə vakansiya elan edir.

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: Əmək haqqı müsahibədən sonra müəyyən ediləcəkdir.

İş şəraiti

• Tam sosial təminat
• 5 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar və nəqliyyat vasitəsi müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Açılan sifarişlərin vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etmək;
• Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələrin hazırlanmasını təmin etmək;
• Partnyor şirkətlərin məlumat bazasını yaradılmasına nəzarət etmək;
• Sifariş üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
• Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqlar aparmaq;
• Qiymət araşdırması etmək və tenderləri həyata keçirmək;
• Avadanlıq və mal-material tədarükçülərinin axtarışını təşkil və təhlil etmək;

Tələblər:

• Ali təhsilli (Mühəndislik üzrə);
• Azərbaycan, rus və ingilis dillərini bilməli;
• Bu sahə üzrə 3-5 il iş təcrübəsi olmalı;
• MS Office ( Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
• Yaş həddi 30-45;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
• İdarəetmə bacarığı olmalı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mühəndis-təchizatçı” Mövzu bölməsində göstərin. Mühəndis ixtisaslı və bu sahədə təcrübəsi olmayanlardan xahiş olunur ki, bu vakansiya üçün CV göndərməsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP