CTO/Tech lead
 
JOB TITLE: CTO/Tech lead
EMPLOYER: IT Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-09 LAST UPDATED: N/A DEADLINE: 2020-08-08

Proqramlaşdırma və IT xidmətləri şirkəti namizədləri CTO/Tech lead vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

CTO/Tech Lead şirkətə biznesin bütün aspektləri nəzəri alınmaqla texniki rəhbərliyi təmin edir. CTO/Tech Lead şirkətin resurlarından effektiv istifadəni təmin etmək üçün əməkdaşlarla, müştərilərlə və bütün maraqlı tərəflərlə bilavasitə ünsiyyət yaradaraq sıx əməkdaşlıq əlaqələri qurur.

Bu rolda strateji düşüncə və güclü iş qabiliyyəti vacibdir. Global texnoloji trendləri yaxşı izlədiyinizi düşünməklə, bir sıra biznes konseptləri ilə tanış olmağınızı gözləyirik.

Öhdəliklər

- Texnoloji resursların biznes strategiyaya uyğun olaraq istifadə edilməsinin təmin edilməsi
- Bazarda rəqabət üstünlüyünü təmin edəcək yeni texnologiyaların müəyyən edilərək tətbiq edilməsi
- IT infrastrukturun fasiləsiz və səmərəli iş fəaliyyətininin təşkilinə nəzarət etmək
- “Keyfiyyətə Nəzarət” (QA) və məlumatların qorunması (data protection) proseslərinin qurulması
- IT büdcəsinin formalaşdırılmasında və idarə olunmasında təşəbbüs göstərmək
- Müxtəlif proqramlaşdırma xidmətlərinin yazılmasından (development) yerləşdirilməsinə (deployment) qədər iş saatlarının (timeline) təyin edilməsi.
- Komanda üzvlərinə “mentor” dəstəyinin göstərilməsi.
- Müştəri mərkəzli xidmət yanaşmasını qorumaqla, IT layihələrin bazara çatdırılmasına rəhbərlik etmək
- Həm lokal həm də qlobal texnoloji trendlərin daim izlənilməsi və yeniliklər barədə məlumat mübadiləsinin təmin olunması
- Şirkətin “kod yazma standartlarının” beynəlxalq təcrübəyə əsasən formalaşdırılması və mütəmadi olaraq inkişaf etdirilməsi

Tələblər:

- Müxtəlif proqramlaşdırma layihələrində təcrübə mütləqdir
- Daxili və xarici IT bazarı haqqında biliklər arzuolunandır
- Strategiyanın qurulması üçün texnoloji trendlərdən agah olmaq
- Biznes plan və büdcə tərtibatı haqqında anlayış
- Texnoloji tədqiqat və təhlillərin aparılması bacarığı
- Ünsiyyət bacarıqları
- Liderlik və təşkilatçılıq qabiliyyəti
- Problem həll etmək qabiliyyəti
- Komandada işləmə və idarəetmə bacarığı
- Səmərəli iş axınının təmin edilməsi (delegation) qabiliyyəti
- İngilis dili bilikləri

Əmək haqqı namizədin sahib olduğu bacarıq və xüsusiyyətlərinə görə razılaşdırma yolu ilə müəyyən edilir.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi office@intellectual.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP