Satış üzrə analitik
 
JOB TITLE: Satış üzrə analitik
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-09 LAST UPDATED: N/A DEADLINE: 2020-08-08

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Satış üzrə analitik

Vəzifə öhdəlikləri:

• Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması;
• Yeni satış imkanlarının araşdırılması və üzə çıxarılması üçün faydalı ola biləcək xarici məlumat mənbələrinin və məlumatların əldə edilməsi;
• Məhsullar üzrə mövcud satış / müştəri bazasının analitik təhlilinin aparılması;
• Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması məqsədilə müştərilərin davranış məlumatlarının təhlil edilməsi;
• Müştərilərin tələblərinə uyğun məhsul və təkliflərin hazırlana bilməsi üçün daxili və xarici məlumat bazaları analizlərinin aparılması və nəticələrin təqdim edilməsi;
• Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
• Mağazalar üzrə satış aktivliyini izləmək.

Tələblər:

• Uyğun sahə üzrə təcrübə;
• Yüksək excel bilirləri;
• Analitik düşüncə tərzi;
• Kollektivlə işləmə bacarığı;
• Rus dili biliyi arzuolunandır.

İş şəraiti:

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 1500 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış üzrə analitik” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP