Kiber təhlükəsizlik risklərinin idarə edilməsi üzrə mütəxəssis
 
JOB TITLE: Kiber təhlükəsizlik risklərinin idarə edilməsi üzrə mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-10 LAST UPDATED: N/A DEADLINE: 2020-08-09

“ABB” ASC Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Kiber təhlükəsizlik risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

• Bank sirri xarakteri daşıyan məlumatların kənara sızmasının və Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Banka məxsus informasiya sistemlərinin monitorinqini həyata keçirmək;
• İT sistemləri, şəbəkələri və tətbiqlərinin boşluqlar üzrə təhlükəsizlik qiymətləndirməsini həyata keçirmək;
• Zəifliklərin araşdırılması üçün tətbiq və şəbəkələrə daxil olma üzrə mexanizm və alətləri təyin etmək;
• Kompüter sistemləri və şəbəkələri, həmçinin veb-əsaslı tətbiqlər üzrə təhlükəsizlik sınaqlarını, sızma testlərini aparmaq;
• Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq və aradan qaldırılması üzrə şöbə müdirinin və ya onu əvəz edən şəxsin qarşısında təkliflərlə çıxış etmək;
• Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
• Windows və Linux əməliyyat sistemləri üzərində təhlükəsizlik tədbirləri aparılması üçün təlimatların hazırlanmasını təmin etmək;
• Yazılmış proyektlər üzərində kod incələnməsi aparılaraq boşluqları aşkarlamaq, təhlükəsiz kod yazılması üçün standartların hazırlanması və tətbiq edilməsi üçün təkliflər vermək;
• Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq;
• Requlyator tələblərinin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.

Bizim üçün ideal namizəd:

• Ali təhsilli (İnformasiya texnologiyaları, Kompyuter mühəndisliyi, Kompyuter elmləri, Tətbiqi riyaziyyat, İqtisadiyyat və idarəetmə sahələri üzrə);
• İnformasiya texnologiyaları və ya təhlükəsizliyisahəsində minimum 3, bank sektorunda müvafiq sahə üzrə minumum 1 il iş təcrübəsi olan;
• Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
• Texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli olan;
• TCP / IP və OSI modeli, şəbəkə protokolları, trafik axını, sistem rəhbərliyi, müdafiə dərinliyi və ümumi təhlükəsizlik elementləri haqqında geniş məlumata sahib olan;
• Active Directory, LDAP, DNS, VPN və DHCP; Firewall, Anti-Malware, HIDS haqqında bilikli olan;
• Əməliyyat sistemləri (Windows Server (İİS-in quraşdırılması və idarə olunması), Windows, Linux) üzrə təməl bilikli olan;
• Sistem və şəbəkə təhlükəsizliyinin, web-əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi və əlaqəli risklər haqqında məlumata sahib olan;
• Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (Oracle, MS SQL Server, MySQL, NoSQL və s.) ilə tanış olan;
• Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlayan (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
• Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır:CISCO CyberOPS, CCNA Security, Comptia Security+, ISO/IEC 27005,CCNA, RHCSA, MCITP
• BPM, Bİ, Flexcube və s bank proqramları ilə tanışlığının olması üstünlükdür;
• SIEM platformasının memarlığı, mühəndisliyi və əməliyyatları, onların işləmə prinsipləri ilə tanış olan (məsələn, Nitro / McAfee Enterprise Security Manager, ArcSight, QRadar, LogLogic, Splunk)

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kiber təhlükəsizlik riskləri üzrə vakansiya” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP