Referent
 
JOB TITLE: Referent
EMPLOYER: Logistik şirkət DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-10 LAST UPDATED: N/A DEADLINE: 2020-08-09

Vakansiya: REFERENT

Logistik şirkət.

Ünvan: Bakı şəhəri

Müraciət üçün son tarix: 10 Avqust 2020-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (REFERENT ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com göndərin.

VƏZİFƏLƏRİ:

 Telefon zənglərini qəbul edir, aidiyyəti üzrə yönləndirir;
 Müraciətlərin vaxtını, məqsədini, müraciət edənin şəxsi məlumatlarını qeydə alır və aidiyyəti üzrə istiqamətləndirir;
 Korrespondensiyanı, dərkənar və imza üçün daxil olan sənədləri rəhbərliyə, imzalanmış sənədləri isə kargüzara təqdim edir;
 Verilən iş tapşırıqlarını zamanında həll etmək, printer, skan, fax ilə əlaqədar işləri yerinə yetirmək;
 İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək;
 Qonaqları gülər üzlə qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək;
 Görüşlərin təşkili, təsdiqi və keçirilməsini təmin etmək;
 Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək;
 Əmrləri və protokolları skan etmək və Cəmiyyətin daxili proqram təminatında qeydiyyata salmaq;
 İclas zamanı zəruri olduqda stenoqrammasının aparılması;
 Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək. Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
 Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək;

BİLMƏLİDİR:

 Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
 Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
 müəssisənin strukturu və onun bölmələri;
 vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
 rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;
 kompüter texnologiyasının iş qaydaları;

TƏLƏBLƏR:

 Təhsil dərəcəsi: Bakalavr
 Kargüzarlıq istiqaməti üzrə Təhsil istiqaməti və ixtisası və təcrübə
 Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il,
 Məsuliyyətlilik
 Ünsiyyət qurmaq bacarığı
 Etibarlılıq
 Detallara fikir vermək qabiliyyəti
 Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili orta səviyyədə
 Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP