Satış üzrə menecer
 
JOB TITLE: Satış üzrə menecer
EMPLOYER: Sienmar Engineering DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-10 LAST UPDATED: N/A DEADLINE: 2020-08-09

Əsas neft-qaz, sənaye, tikinti və kənd təsərrüfatı lalayihələrinin aparıcı subpodratçılarından biri olan Sienmar Engineering*, metal konstruksiyaların, Fermaların və kənd təsərrüfatı Silo-ların istehsalı və quraşdırılması, həmçinin mülki və sənaye tipli təmir-tikinti xidmətləri üzrə satış üzrə menecer axtarır.

İş yeri: Babək pr. Əlişir Nəvai 10C.
İş vaxtı: I - V günlər, 08:00 - 17:00
Əmək haqqı: 700-1000 AZN (təcrübədən aslı) + Layihə Bonusları

İŞİN TƏSVİRİ

- Müştəri bazasının artırılması məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
- Müştərilərdən sorğularının qəbul edilməsi və ona uyğun operativ şəkildə qiymət təklifinin göndərilməsi
- PO-ların qəbul edilməsi və icra edilməsinin təmin edilməsi;
- Dövlət və özəl tenderlərdə iştirak üçün bazarın araşdırılması;
- Tender sənədlərinin hazırlanması və təqdim olunması;
- Biznesin inkişafı üçün yerli alıcılarla sıx əlaqə qurmaq;
- Müntəzəm səfərlər, telefon zəngləri və e-poçt əlaqələri ilə yeni və mövcud müştərilərlə əlaqələr saxlamaq;
- Yeni əlaqələr qurmaq üçün şirkətlərin və müştərilərin nümayəndələri ilə görüşlər keçirmək;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Satış bacarığı və effektiv satış təcrübəsi;
− Ali təhsil;
− Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
− Ofis proqramlarından (Excel, Outlook və s.) mükəmməl istifadə bacarığı;
− Müvafiq sahə üzrə minimum 3 - 5 il iş təcrübəsi mütləqdir;
− Primavera və Autocad bilikləri üstünlükdür;

Müraciət etmək istəyən əməkdaşlar, CV formanızı – hr@sienmar.com emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

*Sienmar Engineering – “Sigma Energy Marine FZE” AR Filialının əmtəə nişanıdır

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP