İT infrastruktur üzrə administrator
 
JOB TITLE: İT infrastruktur üzrə administrator
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-13 LAST UPDATED: N/A DEADLINE: 2020-08-12

“PAŞA Sığorta” ASC namizədləri “İT infrastruktur üzrə administrator” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Əməliyyat sistemlərinin qurulması, uyğunlaşdırılmasına idarə və nəzarət etmək
- Fiziki serverlər, “Router”, “Switch”, “Storage”-ların qurulması, idarə olunması və nəzarəti həyata keçirmək;
- Sistemlərin yüksək dərəcədə balanslaşdırılması və dayanıqlı işini təmin etmək;
- İnformasiya sistemlərinin və avadanlıqların monitorinq olunması;
- Məlumat təhlükəsizliyi üçün texniki nəzarət mexanizmlərini planlaşdırmaq, tətbiqinə nəzarət etmək;
- “Backup” sistemlərini quraşdırmaq, tələblərə əsasən uyğunlaşdıraraq nəzarəti həyata keçirmək;
- Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarını qurmaq, İT prosedurları hazırlamaq
- Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabat vermək;
- Şirkətin İT siyasət və prosedurlarına uyğun formada işləmək;
- İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq;
- Birbaşa rəhbərinin şifahi və yazılı göstərişlərini yerinə yetirmək;
- Şirkətin bütün məlumatlarının və iş prinsipinin məxfiliyini təmin etmək;
- Vmware virtuallaşdırma sisteminin idarəedilməsini və nəzarətini həyata keçirmək.

Bilik və bacarıqlar:

- İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır,
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti,
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq,
- CISCO Router və Switch-lərinin idarə olunması,
- Load Balancing üzrə biliklər,
- Web Application Firewall ürzə biliklər,
- Windows Server,
- Linux Server,
- Powershell Scripting,
- Internet Information Services (IIS) üzrə biliklər,
- MS SQL server üzrə administrativ biliklər,
- Active Directory,
- Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə nəzəri biliklər,
- İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə biliklər,
- Proseslərin avtomatlaşdırması üçün powershell skriptlərin yazılması və dəstəklənməsi,
- CI/CD ürzə teorik biliklərin olması,
- MS Team Foundation Serverdə iş təcrübəsi arzu olunandır,
- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi,
- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi,
- MCSE, CCNA R&S və CCNA Security sertifikatlarının olması arzu olunandır.

Son müraciət tarixi: 31 iyul 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP