Fizika müəllimi
 
JOB TITLE: Fizika müəllimi
EMPLOYER: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-13 LAST UPDATED: 2020-07-21 DEADLINE: 2020-08-12

FİZİKA MÜƏLLİMİ

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ali pedaqoji təhsili olan namizədləri Azərbaycan bölməsinə fizika müəllimi vəzifəsinə dəvət edir. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilmə üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq. Əmək haqqı ixtisas dərəcəsinə uyğun olaraq müəyyən olunur.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
• Müvafiq bölmə üçün şifahi və yazılı dilləri səlis bilmək (Azərbaycan dili);
• Rus dilində tədris bacarığı üstünlükdür.
• Ən azı 3-5 il məktəbdə müvafiq fənn üzrə müəllimlik təcrübəsi;
• Beynəlxalq məktəbdə iş təcrübəsinə üstünlük verilir;
• 11-18 yaş arası şagirdlərlə böyük həvəslə işləmək istəyi, komandada işləmək bacarığı.
• İngilis dili biliyi üstünlükdür.
• Məşğulliyyət tam iş günü nəzərdə tutulur.

ÖHDƏLİKLƏR

• Öyrənmə və şagirdlərlə ortaq işləmə istəyi;
• Məktəbin tədris planının tələb və rəhbər prinsiplərinə riayət olunaraq müvafiq tədris proqram və təlim materialların hazırlanması;
• Keyfiyyətli tədrisin təmin edilməsi,
• Şagirdlər arasında analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi;
• Məktəblilər arasında hər il keçirilən fizika fənni üzrə beynəlxalq və respublika yarışlarının daimi monitorinqi;
• Fizikada olimpiya kateqoriyalı qrupların potensial üzvlərinin diaqnostikası və müəyyən edilməsi;
• Şagirdlərin fizika üzrə olimpiada yarışlarına hazırlanması;
• Şagird nailiyyətləri barədə vaxtında və məlumatlandırıcı rəylərin verilməsi.

Maraqlanan namizədlər qeyd olunan sənədləri (Word və ya PDF formatında)
1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz),
2) cari CV təqdim etməlidirlər.

Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Fizika Müəllimi)  qeyd olunmaqla, hr@mtk.edu.az elektron ünvanına göndərməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP