Kadrlar üzrə mütəxəssis
 
JOB TITLE: Kadrlar üzrə mütəxəssis
EMPLOYER: AzeriMed LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-14 LAST UPDATED: 2020-07-14 DEADLINE: 2020-08-13

Şirkət: “AzəriMed“ MMC

Vakansiya: Kadrlar üzrə mütəxəssis

Tələblər :

- Ali təhsil;
- Yaş həddi : 25-40
- İş təcrübəsi: minimum 3 il
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
- Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
- MS Office (Word, Excel) kompüter proqramlarından istifadə etmək bacarığı;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları: (işə qəbul, xitam, vəzifə dəyişiklikləri, analıq məzuniyyəti, müavinətlər, xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
- Stresədavamlı, tələbkar, məsuliyyətli, ixtisasını daim təkmilləşdirməli;
- Problemləri təhlil və həll etmə bacarığı.

Vəzifə öhdəlikləri:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi,işçi qovluğunu hazırlamaq, əmək müqavilələrinin hazırlanması, işçilərin ezamiyyə və məzuniyyətlərinin işlənməsi;
- Şirkətlərin kadr işləri üzrə sənədləşmə prosesslərini idarə etmək;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;

Əmək şəraiti :

- İş saatları: 1-5 günlər saat 09:00-18:00, ayın bir şənbə günü: 09:00-14:00
- İş yeri : Bakı şəhəri, Nərimanov ray, Əhməd Rəcəbli küç (Şəki restoranının yaxınlığı)
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və təcrüblərinə əsasən təyin ediləcək

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kadrlar üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 055 455 84 04

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP