Android uzrə Proqramçı
 
JOB TITLE: Android uzrə Proqramçı
EMPLOYER: A2Z Advisors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-17 LAST UPDATED: 2020-07-17 DEADLINE: 2020-08-16

“A2Z Advisors” MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. “A2Z Advisors” MMC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir. Bununla yanaşı, şirkət kamera müşahidə sistemlərinin layihələndirilməsi və qurulması, giriş-çıxışa nəzarət sistemlərinin qurulması və yanğın təhlükəsizliyi sistemlərinin qurulması daxildir.

Hazırda Proqramlaşdırma şöbəsinə “Android uzrə Proqramçı” vakansiyası üzrə işə qəbul elan edir.

Əmək haqqı: 1500-3000 AZN (təcrübədən aslı) + Layihə Bonusları

Namizədə dair tələblər:

- REST və JSON, third party library həmçinin API ilə işləmə bacarığı olan;
- Android SDK, Android Visual studio və Proguard üzrə təcrübəsi olan;
- Kotlin, Java, Dart dillərindən hər hansı birini bilməsi üstünlük sayılır
- MVP, MVVM üzrə biliklər, Core java və Multithreading, Profiling,IO, Collection lər üzrə güclü biliklər;
- Google servisləri (Location, Map, GCM və s) ilə təcrubəsi olan;
- Google UI toolkit Flutter, React Native və ya hər hansı JS framework üzrə bilik üstünlük kimi dəyərləndiriləcək;
- İş təcrübəsi: 2 ilədək;
- Kompüter elmləri və İnformasiya texnologiyaları üzrə müvafiq ali təhsili olan;
- Biznes proseslərinin proqramlaşdırılıması sahəsində təcrübəsi olan;
- Analitik düşünə bilən, ünsiyyət qurmaq və komanda yönümlü;
- Əməkdaşlıq şəraitində işləmə bacarığı;
- CV ilə paralel portfolionu təqdim edilməsi arzu olunandır.

Vəzifə öhdəlikləri:

- Əməliyyat sistemlərinin qurulması, ayarlanması, idarə olunması və nəzarəti
- İT proqramları sistemin planlaşdırılması və inkişafı
- Proqramların yazılması və aparılması
- Onun tərəfindən yazılan proqramların tam izahatını və muşahidə üçün sənədlərin hazırlanması
- Hazır proqramlara dəstək edilməsi və lazım olarsa düzəliş edilməsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@a2z.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Android uzrə Proqramçı” qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP