Yükləyici fəhlə
 
JOB TITLE: Yükləyici fəhlə
EMPLOYER: Norm LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-17 LAST UPDATED: N/A DEADLINE: 2020-08-16

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Yükləyici fəhlə vakansiyası üzrə namizəd axtarılır.

Tələblər:

• Orta təhsil
• İstehsalat avadanlıqları haqda ümumi biliklər
• Sement xammalları haqda əsas biliklər
• Əlaqəli sahə üzrə 1 il iş təcrübəsi

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Yükləmə xəttindəki avadanlıqların işləməsinin və təmizliyinin təşkili
• Kisə yükləmə prosesində uyğunsuzluq aşkarlandıqda əlaqədar şöbəyə məlumat vermək
• İstehsal prosesinin dayanması zamanı yükləmə bölməsinə aid tapşırıqların yerinə yetirilməsi
• Satışdan gələn tələb formasına uyğun sement tipinə görə yükləmə prosesinin həyata keçirilməsi
• Kisə yükləməsinə aid məlumatların müvafiq cədvəldə qeydiyyatı
• Kisə yükləmə xəttlərinə aid növbə və gün ərzində olan yoxlamaların yerinə yetirilməsi və birbaşa rəhbərə hesabat verilməsi
• Boş kisə daşınması prosesinə dəstək
• Paketləmə prosesinə aid APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun hazırlanmış sənədlərin tətbiqi
• Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son Müraciət Tarixi: 21/07/2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP