ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis
 
JOB TITLE: ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis
EMPLOYER: Aztelekom DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-20 LAST UPDATED: N/A DEADLINE: 2020-08-19

“Aztelekom” MMC hazırda ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə: ISO (Keyfiyyətin İdarəetmə Sistemi) üzrə mütəxəssis.

İş haqqında məlumat:

• Daxili normativ sənədləri İSO 9001:2015 Keyfiyyətin İdarəetmə Sisteminə (KİS) müvafiq olaraq hazırlamaq.
• Struktur bölmələrinin sənəd, prosedur və təlimatlarını KİS üzrə hazırlamaq, birbaşa rəhbəri ilə razılaşdırmaq, təsdiq üçün rəhbərliyə hazır layihəsini təqdim etmək və təsdiqdən sonra tətbiq edərək müntəzəm olaraq monitorinqini aparmaq;
• İSO 9001:2015 KİS üzrə funksional prosedur, təlimat, siyasət, məqsəd və tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək, onları işə salmaq; İSO 9001:2015 KİS prosesləri, prosedurları, təlimatları və qaydalarını Cəmiyyətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
• İSO 9001:2015 KİS bağlı daxil olan şikayətləri araşdırmaq, sənədləşdirmək və müvafiq tədbirlər görmək;
• Cəmiyyətin fəaliyyəti sahəsində keyfiyyətin vəziyyəti barədə bilavasitə tabe olduğu rəhbərliyə məlumat vermək;
• Mütəmmadi keyfiyyət nəzarət yoxlamalarını həyata keçirmək və təkmilləşdirərək inkişafını təmin etmək üzrə zəruri tədbirlərinin görülməsi haqqında rəhbərliyə hesabat təqdim etmək;
• Yoxlamalar nəticəsində toplanan məlumatlar və bu sahədə aparılan işlər, həmçinin yekun toplanan materiallar üzrə aparılmış təhlili barədə birbaşa rəhbərinə geniş məlumat vermək;
• Rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etmək;
• Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlilini aparmaq;
• İllik cədvəllərə uyğun yoxlamaların keçirilməsi vasitəsi ilə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici və qabaqlayıcı tədbirlərin səmərəliliyini planlaşdırmaq və ona nəzarət etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Ali təhsilli (Menecment və ya Standartlaşdırma və sertifikasiya sahəsində);
• Keyfiyyətin nəzarəti sahəsində ən azı 5 illik iş təcrübəsi;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak (İSO 9001:2015) və sertifikatlara malik olması;
• Azərbaycan, rus və ingilis dillərini səlis bilməli (danışıq və yazılı);
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) proqramlarını əla səviyyədə bilməli;
• Yüksək ünsiyyət, danışıq və analitik düşünmə bacarığı;
• Komandada işləmək bacarığı;
• Minimum nəzarət altında planlaşdırma, təşkil etmək, əlaqələndirmək, çoxtərəfli və təzyiq altında prioritetləri müəyyən etmək bacarığı;
• Müxtəlif nadir və xüsusi layihələrin həyata keçirilməsində təşəbbüs və bacarıq nümayiş etdirmək, eyni zamanda müntəzəm tapşırıqlarla həvəsləndirmək;
• Cari fəaliyyətlər və ya funksiyalara təsir edə biləcək məlumatlar barədə məsləhət vermək bacarığı;
• Siyasətin inkişafına təsir göstərmək və işi daha geniş əməliyyat ehtiyacları ilə əlaqələndirmək bacarığı;
• İSO 9001:2015 KİS üzrə təlimlər keçirmək bacarığına malik olması.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (ISO üzrə mütəxəssis) qeyd edin:

E-ünvan: ayaz.abdulla@aztelekom.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP