Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Corn Processing Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-22 LAST UPDATED: N/A DEADLINE: 2020-08-21

"CPC" MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. "CPC" MMC - də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.

MÜHASİB

ÜMUMİ MÜDDƏALAR

Vəzifə: Mühasib
Məkan: SAHIL PLAZA
Departament: Maliyyə departamenti
Tabeçilik: Mühasib birbaşa Maliyyə departamentinin müdirinə tabedir;
Staj: Mühasib vəzifəsinə 3 ay sınaq müddəti tətbiq olunmaqla ali təhsilli, müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı olan şəxslər təyin edilir.
Əmək haqqı: 1000 AZN-dən başlayaraq

BİLMƏLİDİR

 Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
 Beynəlxalq mühasibat uçotu qaydalarını;
 Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
 Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
 Vergi və digər mövzularla bağlı onlayn (internet üzərindən) müraciətləri və işlərin icrasını;
 Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
 Hesablama texnikasının istismarı qaydalarını və elektron mühasibat programlarından istifadə qaydalarını;;
 Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;

VƏZİFƏ BORCLARI

• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
• Mühasibat hesabının müxtəlif sahələri üzrə əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər hesabını aparmaq;
• Pul vəsaitlərinin (bank və kassa), əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
• Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
• Qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində yaxından iştirak etmək;
• Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və Cəmiyyətin bütün struktur bölmə nümayəndələri ilə qarşılıqlı fəaliyyəti uğurla həyata keçirmək;
• Fəaliyyəti prosesi zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat verməklandırmaq və onların aradan qaldırılması üzrə təkliflər vermək;
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq.

E-mail: hr@cpccom.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP