Layihə rəhbərinin köməkçisi (kiçik mütəxəssis)
 
JOB TITLE: Layihə rəhbərinin köməkçisi (kiçik mütəxəssis)
EMPLOYER: ING Translation and Event DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-22 LAST UPDATED: N/A DEADLINE: 2020-08-21

Layihə rəhbərinin köməkçisi (kiçik mütəxəssis)

Təqdimat:

Ölkənin gənc və sürətlə böyüməkdə olan ING Translation and Event şirkəti yeni layihə üçün layihə rəhbərinin köməkçisi (kiçik mütəxəssis) vakansiyasına işçi qəbulunu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

- Mətnləri keyfiyyətlə tərcümə, korrektə, redaktə etmək (TKR);
- Tərcümə materiallarını icraya hazırlamaq;
- Tərcümə materialları üzərində yekunlaşdırıcı işləri görmək;
- Tapşırıqlar üzrə araşdırma aparmaq, təhlil etmək və məlumat vermək;
- Tələb olunan məxfiliyi qorumaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
- Ofisdaxili inzibati işlərin icrasını həyata keçirmək.

Tələb olunan ixtisaslaşma, bilik və bacarıqlar:

- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
- Tərcüməçi və redaktor kimi təcrübə;
- Müvafiq sahədə ali təhsil;
- Kompüter bacarıqları (MS Office, soft və ofis avadanlıqları);
- Sənədlərlə işləmə bacarığı;
- Analitik düşüncə və çevik reaksiya;
- Rus dili biliyi üstünlükdür;
- CAT alətlərində təcrübə üstünlükdür.

Şəxsi keyfiyyətlər:

- Dürüst;
- Təşəbbüskar;
- Nizam-intizamlı;
- Məsuliyyətli;
- Komanda ruhlu.

Əmək şəraiti:

● Əmək müqaviləsi;
● Mütəmadi TKR təlimləri;
● İllik qiymətləndirmə və inkişaf;
● İş qrafiki: 5 gün (istirahət: şənbə və bazar), 09:00-18:00 (13:00-14:00 nahar fasiləsi);
● İş yeri: Bakı şəhəri, Xocalı prospekti 37, Dəmirçi Tower, 19-cu mərtəbə.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində qeyd etməklə, CV və müşayiət məktubunu 10.08.2020-ci il tarixədək office@ing.az elektron ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP