Direktor
 
JOB TITLE: Direktor
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-22 LAST UPDATED: N/A DEADLINE: 2020-08-21

Direktor

Şirkətin fəaliyyət sahələri: nəzarət ölçü cihazlarının kalibrlənməsi, qeyri dağıdıcı üsulla sınaqların təşkili, sertifikasiya və s.

ƏSAS VƏZIFƏ ÖHDƏLİKLƏRİ

• Şirkətin texniki avadanlıqları barədə anlayış;
• Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
• Şirkətin işini, habelə onun işçiləri arasında daimi qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin cari, gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
• Şirkətin Nizamnamə tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
• Şirkətin fəaliyyətinin gəlirliliyini təmin etmək;
• Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
• Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
• Şirkətin ticarət sirrinin saxlanılmasına riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və vəzifə səlahiyyətlərinə uyğun olaraq ticarət sirrinin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Şirkət tərəfindən vergi və rüsumların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
• Vəzifə çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
• Şirkətin direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
• Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək.
• Şirkətin maliyyə fəaliyyətinin hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;

TƏLƏBLƏR:

• Ali təhsil
• Anoloji sahədə minimum 5 il iş təcrübəsi
• İngilis və Rus dili bilikləri
• Biznesin inkişafı sahəsində təcrübə
• Komputer bilikləri

İşçi şirkət tərəfindən korporativ nömrə və avtomobillə təmin olunacaq.
Ə/h: 3000-5000 AZN (namizəddən asılı olaraq)

Maraqlanan namizədlər məktubun başlıq hissəsində “Direktor” yazmaqla career_en_con@aol.com müraciət edə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP