Satınalmalar üzrə mütəxəssis
 
JOB TITLE: Satınalmalar üzrə mütəxəssis
EMPLOYER: Grand-Agro İnvitro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-23 LAST UPDATED: 2020-07-23 DEADLINE: 2020-08-22

 

Satınalmalar üzrə mütəxəssis

Grand-Agro İnvitro” MMC Azərbaycanın klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması üzrə fəaliyyət göstərən şirkətidir və illik 4 milyon bitki yetişdirmə potensialına malikdir. Qurum bitki toxuması laboratoriyası və xüsusi uyğunlaşdırma göstəricilərinə malik istixana kompleksindən ibarət olub, yerli və beynəlxalq səviyyədə meyvəçilik və tingçilik sektorunda fəaliyyət göstərən müəssisə və institutlarla əməkdaşlıq etməkdədir. Şirkətin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazar rəqabətinə tab gətirə biləcək yüksək keyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur.

Əsas vəzifə öhdəlikləri:

• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
• Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
• Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
• Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
• Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması;
• Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin etmək;
• İllik satınalma planının hazırlanması;
• Müfaviq hesabatların hazırlanıb aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

• Ali Təhsil;
• Analoji sahə üzrə 3 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dilində səlis danışa və yazışmaları apara bilməli;
• MS Office proqramlarında sərbəst işləmək, 1 C proqramını bilmək;
• Təchizat zəncirinin idarə edilməsi sahəsində biliklər;
• Təhlil etmə bacarığının olması;
• Komandada işləmə bacarığı;
• Danışıqların aparılması bacarıqları;

İş şərtləri:

İş qrafiki: I - V günlər, 08:30-17:30
İş yeri: Türkan qəsəbəsi
Şirkət tərəfindən nahar və nəqliyyat ilə təmin edilmə;

Əlaqə:

Tel: 012 5048888

Maraqlanan şəxslər öz CV-lərini hr@grandagroinvitro.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP