Sales Manager
 
JOB TITLE: Sales Manager
EMPLOYER: Netgroup of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-23 LAST UPDATED: 2020-07-30 DEADLINE: 2020-08-22

NetGroup şirkəti haqqında

Biz yeni ideyalar və innovasiyalar şirkətiyik. Şirkətimiz ən yeni texnologiyalardan istifadə edərək, biznes təyinatlı proqram təminatları, veb layihələr, mobil tətbiqlərin yaradılmasını, brendinq, dizayn, rəqəmsal marketinq və geniş çeşidli reklam xidmətlərini təklif edir.

Məqsədimiz müştərilərimizin biznesinin genişlənməsinə və inkişaf etməsinə dəstək olmaqdır. Şirkətimiz sənaye, tikinti, maliyyə, avtomobil, turizm və digər sahələrdə çalışan bir sıra iri şirkətlərə geniş çeşidli xidmətlər göstərir.

Sales Manager

Namizədə tələblər:

• Korporativ satış sahəsində minimum 3 illik iş təcrübəsi;
• B2C və B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
• Rus və Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlük kimi qiymətləndirilir);
• MS Office proqramlarını yüksək səviyyədə bilməli;
• Verilənlər bazası (DataBase) ilə iş təcrübəsi;
• Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
• İdarəetmə və liderlik bacarığı;
• Məsuliyyətli və güclü analitik düşünmə bacarığı;
• Müştəriyönümlü satış bacarığı;
• Hər hansı bir malın rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı;
• Verilənlən bazası ilə (Data Base) iş bacarığının olması.

İş barədə məlumat:

• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
• Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
• B2C və B2B satış strategiyalarının müəyyən edilməsi;
• Satış qiymətlərinin müəyyən edilməsi;
• Satış kampaniyalarının təşkil edilməsi;
• Yeni məhsulun inkişafı üçün təchizat və istehsal ilə bağlı təkliflərin irəli sürülməsi;
• Rəqib şirkətlərin qiymət və satış strategiyaları barədə təhlillərin aparılması.
• B2B görüşlərinin təşkili və təqdimatların aparılması
• Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi
• Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
• Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi
• Maaş 300-500 arası + bonuslar

İş şəraiti:

İş saatı 10:00-19:00 (6 günlük iş qrafiki, şənbə günü qisaldılmış gün)
İş yeri şəhərin mərkəzində yerləşir
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Müraciət qaydaları: hr@netgroup.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP