Korporativ Satış Meneceri
 
JOB TITLE: Korporativ Satış Meneceri
EMPLOYER: Baku Disinfection Center DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-23 LAST UPDATED: N/A DEADLINE: 2020-08-22

“BAKU DISINFECTION CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti (BAKUDEZ) “Korporativ Satış Meneceri” üzrə vakansiya elan edir.

BAKUDEZ 2019-cu ildə yaradılmışdır. İqtisadiyyat Nazirliyinin 2019-cu il 23 may tarixli EL-392/2019 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.

Şirkətin əsas fəaliyyət istiqaməti dezinfeksiya, dezinseksiya, deratizasiya, habelə təmzilik (cleaning) və hovuzların təmizlənməsidir.
Şirkət ölkəmizdə bu sahədə fəaliyyət göstərən və beynəlxalq sertifikasiyadan keçmiş yeganə şirkətdir. Şirkət ISO 9001:2015 standartı üzrə sertifikasiyadan uğurla keçərək, beynəlxalq etibarlılıq ilə keyfiyyət sertifikatını əldə etmişdir. Bundan başqa, Şirkət ətraf mühitin mühafizəsi, çirklənmənin qarşısının alınması, şirkətin ətraf mühitə təsirlərini nəzarətdə saxlamaq üzrə ISO 14001 sertifikatına malikdir. Həmçinin, Şirkət iş yerində baş verə biləcək qəzaları, yanğın, peşə xəstəlikləri kimi bütün risk potensiallarını müəyyənləşdirməyə və ilk növbədə bütün mümkün risklərin və qəzaların detallarını təyin etməklə, planlaşdıraraq qarşısını almağa kömək göstərən ISO 45001:2018 sertifikatına nail olmuşdur.

Şirkət öz fəaliyyətində yalnız Avropa istehsalı olan sertifikatlaşdırılmış dərman vasitələrindən və müasir texnologiyaların imkanlarından istifadə edir.

İş barədə tələblər:

 Yeni müştərilərin axtarışı, potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
 Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması;
 İşgüzar və korporativ danışıqların aparılması;
 Təqdimatların hazırlanması;
 Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
 Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
 Satışın yüksək səviyyədə həyata keçirilməsi və satış dövriyyəsinin yüksəldilməsi$
 Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
 Korporativ satış planının yerinə yetirilməsi.

Əməkhaqqı yüksəkdir. Namizədin satış strategiyası dəyərləndirilməklə sabit məbləğ + həyata keçirilən layihələrdən bonuslar şəklində müəyyən olunacaqdır. Rəsmiləşmə əmək qanunvericiliyinə uyğun olaraq aparılacaqdır.

Namizədə dair tələblər

 Ali təhsil (İqtisadiyyat, hüquq, tibb, satış və marketinq sahəsində müvafiq ali təhsili olanlara üstünlük verilir);
 İş təcrübəsi: Korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması (xidmət sektorunda satış təcrübəsi olanlara üstünlük verilir);
 Yaş həddi: 20 yaşdan yuxarı xanımlar və bəylər;
 Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
 Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir;
 Məsuliyyətli və güclü analitik olmalıdır;
 Ünsiyyətcil və geniş əlaqələrə mail olmalıdır (müştəri portfelinə malik olanlara üstünlük veriləcəkdir);
 Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməlidir;
 Müştəriyönümlü satış etmək bacarığı olmalıdır;
 Liderlik keyfiyyətlərinə malik olmalıdır;
 Korporativ idarəetmənin prinsiplərini bilməlidir.

CV-lərinizi hr_bakudez@mail.ru ünvanına “korporativ satış meneceri” başlığı ilə göndərməyiniz və məktubda minimum əməkhaqqı gözləntiniz barədə məlumat verməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP