Sənədli Əməliyyatlar üzrə aparıcı (baş) mütəxəssis
 
JOB TITLE: Sənədli Əməliyyatlar üzrə aparıcı (baş) mütəxəssis
EMPLOYER: AccessBank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-24 LAST UPDATED: N/A DEADLINE: 2020-08-23



Sənədli Əməliyyatlar üzrə aparıcı (baş) mütəxəssis / Korporativ Bankçılıq Departamenti

Öhdəliklər

• Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
• Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
• Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
• Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
• İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
• Müştərilərin bank zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxal sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
• Müxbir banklarla və İxrac – Kreditliyi Agentliyi ilə danışıqlıqların aparılması;
• Müştəri Menecelərə Ticarətin Maliyələşdirilməsi məhsullarının satışında dəstək olmaq;
• KOS Skorinq modeli əsasında olan məsələləri ilə bağlı Müştəri Menecerlərə təlimin təqdim edilməsi;
• Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və təqdimatların hazırlanması.

Tələblər

• Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi;
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Yüksək analitik qabiliyyət;
• Yüksək kommunikasiya bacarıqları;
• Biznes bankçılığı məhsulları və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq tranzaksiyalar üzrə biliklər) üzrə təcrübə;
• Azərbaycan, rus və ingilis dillərini bilmək.

Maraqlanan şəxslər aşağıdaki link-dən istifadə edərək öz CV formalarını göndərə bilərlər.
https://www.accessbank.az/az/our-bank/vacancies/

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP