Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Tikinti müəssisəsi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-24 LAST UPDATED: N/A DEADLINE: 2020-08-23

Müəssisə: Tikinti müəssisəsi

Vəzifə : Baş mühasib

Əmək haqqı: 2000-2300 manat

Əsas vəzifə və öhdəliklər

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarəti
• İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsi
• Tabeçiliyində olan işçilərin firmanın strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
• İllik hesabatların daxili və xarici audit tərəfindən yoxlanması üçün hazırlıqların görülməsi.
• Yerli mühasibat uçotu qanunvericiliyinə görə maliyyə hesabatlarının tərtib edilməsi (Balans, Forma2, Forma4, Forma 5).
• Müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Qurumları , Qeyri dövlət qurumları ilə işləmlərin aparılması.
• Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
• Beynəlxalq mühasibat uçotuna uyğun hesablar planının tərtibi, İdarəetmə uçotunun qurulması.
• Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı

Namizədə tələblər

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• 35-50 yaş həddi ,
• Minimum 9-10 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində, baş mühasib vəzifəsində azı 5 il iş təcrübəsi
• Komputer bilikləri - MS office, 1C, Logo Unity, ERP
• ACCA , CIMA CFA üzrə sertifikatlar arzuolunandır
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• Kollektivi idarə etmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər
• Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır.);

Xahiş edirik, maraq göstərən şəxslər öz CV-lərini "mövzu" yerinə “Baş Mühasib" sözünü qeyd etməklə tamila19_86@mail.ru elektron poçtuna göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP