İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin Baş Hüquqşünası
 
JOB TITLE: İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin Baş Hüquqşünası
EMPLOYER: Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-27 LAST UPDATED: 2020-07-27 DEADLINE: 2020-08-26

İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin Baş Hüquqşünası/Meneceri

Öhdəliklər

• Daxili sənədlərin (qaydalar, prosedurlar, təlimatlar, əmrlər, sərəncamlar və s.) tərtib edilməsi, ekspertizasının həyata keçirilməsi və bununla bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
• İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin (bundan sonra “Şöbə”) işi ilə əlaqədar olan məktub və digər sənədlərin hazırlanması;
• Müxtəlif bank məhsullarına və layihələrə dair hüquqi rəyin verilməsi və tətbiqi üçün hüquqi dəstəyin göstərilməsi, yerli və xarici qanunvericiliyin araşdırılması;
• Korporativ katibliyə hüquqi dəstəyin verilməsi, idaretmə orqanları və komitələrin qərarlarının düzgün tərtib edilməsinin yoxlanması;
• Bankı hüquqi məsələlərlə əlaqədar müvafiq dövlət orqanlarında, habelə müəssisə və təşkilatlarda təmsil etmək və Bankın qanuni mənafelərini müdafiə etmək;
• Bankın təsis sənədlərinin qaydasında olmasını təmin etmək, qeydiyyat işlərini icra etmək;
• İdarəetmə orqanlarının hüquqi sorğularının cavablandırılmasında iştirak edilməsi;
• Bankda korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı mövcud olan hüquqi problemlərin araşdırılması və həlli istiqamətində tədirlərin həyata keçirilməsi;

Tələblər

• Ali hüquqi təhsil;
• Ən azı 4 il bankda hüquq istiqamətində təcrübə;
• Əla səviyyədə Azərbaycan dili biliyi, inglis dili və rus dili arzuolunandır;
• Mülki, əmək, vergi, bank qanunvericiliyi, korporativ idarəetmə standartları üzrə biliklər;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
• Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
• Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti;
• Komanda tərkibində işləmək bacarığı.

Maraqlanan namizədlər mövzü yerində “İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin Baş Hüquqşünası/Meneceri” yazmaqla öz cv-lərini hrbankrecruitment1@gmail.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP