Hüquq departamentinin Rəhbəri (Bakı)
 
JOB TITLE: Hüquq departamentinin Rəhbəri (Bakı)
EMPLOYER: NBCO KredAqro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-27 LAST UPDATED: N/A DEADLINE: 2020-08-26

Hüquq departamentinin Rəhbəri (Bakı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Hüquq departamentinin Rəhbəri vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

• AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
• Təşkilatın fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və maraqların təmin edilməsi;
• Təşkilatın maraqlarının qorunması məqsədilə verilmiş etibarnaməyə əsasən onun adından məhkəmədə və digər orqanlarda və təşkilatlarda çıxış edilməsi;
• Qanunvericiliyin tətbiqi ilə bağlı təşkilatın struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
• Təşkilat adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
• Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
• Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
• Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

Tələb olunan keyfiyyətlər:

• Hüquq sahəsində ali təhsil;
• Bank sektorunda hüquq sahəsi üzrə iş təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
• Etibarlı sürücülük vəsiqəsi;
• Ezamiyyələrə hazır olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Müştərilərlə davranış etikası.

İş şəraiti:

• İş yeri: Bakı şəhəri;
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP