Supervayzer
 
JOB TITLE: Supervayzer
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-27 LAST UPDATED: N/A DEADLINE: 2020-08-26

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Supervayzer

İş yeri: Bakı-Abşeron və yaxın regionlar;
İş təcrübəsi: Minimum 5 illik satış sahəsində, azı 2 il rəhbər təcrübəsi;
Təhsil: Ali təhsil (İqtisadiyyat,Maliyyə,Biznesin idarəedilməsi);
Yaş həddi: 28 və ya üzəri.
İşin təsviri: Şirkətin strategiyasına uyğun satışın təşkil olunması və hədəflərin yerinə yetirilməsinə nəzarət etmək.

Vəzifə öhdəlikləri:

 Mütəmadi olaraq mağazaları işgüzar ziyarət etmək və mağaza müdirləri ilə sıx işləmək;
 Satışın artması üçün təkliflər hazırlamaq;
 Tabeçiliyində olan komandanı idarə edilməsi və işçilərin motivasiyasını yüksəltmək;
 Həftəlik və aylıq görülən işlər barədə rəhbərliyə məlumat vermək;
 Yeni filialların açılışı üçün uyğun obyektlərin axtarışını etmək;
 Rəqiblər haqqında məlumat toplanılması və bazar araşdırmasını etmək;
 Tələbat olan məhsulları müəyyənləşdirmək.

Tələblər:

 Şəxsi avtomobilin olması;
 Diqqət, analiz etmək bacarıqlarının olması;
 MS Office proqramları biliyi;
 1C proqramından istifadə biliyinin olması üstünlükdür;

Təminatlar:

 Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
 Nahar pulu ilə təmin edilmə;
 Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
 6 günlük iş qrafiki (Şənbə günü saat13:00-dək);
 Korporativ mobil nömrə;
 Qanunveriliciyin tələb etdiyi formada işə qəbul prosesi.

Müraciət qaydaları:

 CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Supervayzer” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 15.08.2020-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP