Pərakəndə satış üzrə ekspert
 
JOB TITLE: Pərakəndə satış üzrə ekspert
EMPLOYER: Superfon DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-27 LAST UPDATED: N/A DEADLINE: 2020-08-26

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Pərakəndə satış üzrə ekspert

İş yeri: Bakı;
İş təcrübəsi: Minimum 4 illik pərakəndə satış sahəsində təcrübə;
Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə,Biznesin idarəedilməsi);
Yaş həddi: 27 və ya üzəri.
İşin təsviri: Şirkətin pərakəndə satış strategiyasının inkişafı və icrası.

Vəzifə öhdəlikləri:

 Mağaza-Filiallarda olan pərakəndə satış artırılmasının strategiyasının hazırlanması və tətbiqi;
 Regionlar və Bakı şəhəri üzrə pərakəndə satışda tələbatınanaliz edilməsi;
 Mütəmadi olaraq mağaza-filiallara işgüzar ziyarət edilməsi;
 Rəf düzülüşlərinin müəyyən edilməsi və buna nəzarət olunması;
 Pərakəndə satışın artırılması üçün aksiyaların təşkili;
 Rəqiblər haqqında məlumat toplanılması və bazar araşdırmasını etmək;
 Görülən işlər haqqında həftəlik və aylıq rəhbərliyə məlumat verilməsi;
 Müntəzəm olaraq ezamiyyətlərə gedilməsi.

Tələblər:

 Şəxsi avtomobilin olması;
 Diqqət, analiz etmək bacarıqlarının olması;
 MS Office proqramları biliyi;
 1C proqramından istifadə biliyinin olması üstünlükdür;

Təminatlar:

 Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
 Nahar pulu ilə təmin edilmə;
 Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
 6 günlük iş qrafiki (Şənbə günü saat 13:00-dək);
 Korporativ mobil nömrə
 Qanunveriliciyin tələb etdiyi formada işə qəbul prosesi.

Müraciət qaydaları:

 CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Pərakəndə satış üzrə ekspert” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 15.08.2020-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP