Baş mexanik
 
JOB TITLE: Baş mexanik
EMPLOYER: Agro Food Investments LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-29 LAST UPDATED: N/A DEADLINE: 2020-08-28

Agro Food Investments MMC şirkətlərindən biri üçün vakansiya elan edir:

BAŞ MEXANİK

Namizədlər aşağıda göstərilənləri bilməlidir

• Kənd təsərrüfatı müəssisələrinin borularına, müvəqqəti yolların və s. işlərin yerinə yetirilməsi üçün tələb olunan maşın mexanizmlərin seçimi və tətbiqi qaydalarını;
• Nasos, kompressor və s. kənd təsərrüfatı maşınlarının təmiri qaydalarını;
• Maşın və mexanizmlərin təmiri üçün tələb olunan yastıq, val, sürtgü yağlarının müəyyənləşdirilməsi və sifarişlərin hazırlanması qaydalarını;
• Planlı profilaktik təmir qrafiklərinin hazırlanmasını və həmin qrafiklər əsasında təmirlərin təşkili qaydalarını;
• Yüksək təzyiq altında işləyən tutum, qazan, boru xətləri və digər qurğuların quruluşu və istismarı qaydalarını;
• Qaynaq maşınlarını, qaynaq növlərini və qaynaq üçün tələb olunan çubuqların (elektrodların), qaynaq məftillərinin seçimini və sərf normalarını;
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etməyi;
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etməyi;
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etməyi;
• Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirməyi;
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etməyi;
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək etməyi, şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etməyi.

Namizədə tələblər:

• Tələb olunan ixtisas üzrə ali təhsil;
• İxtisas üzrə 7 ildən çox iş təcrübəsi;
• Müvafiq kompüter proqramları biliyi ((AutoCAD, Microsoft Office və s.);
• Texniki Rus və İngilis dilləri üzrə biliklər;
• İdarəetmə təcrübəsi, komandada işləmək bacarığı;
• Yüksək məsuliyyət və sistemli düşünmə bacarığı

İş vaxtı 5/7, işçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

Maraqlanan namizədlər CV-lərini hr@agrofoodinvest.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP