Tornaçı
 
JOB TITLE: Tornaçı
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-30 LAST UPDATED: N/A DEADLINE: 2020-08-29

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının rezidentidir.

Biz bütün uğurlarımıza əməksevər və peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Tornaçı

İş barədə məlumat:

• İstifadəsinə təyin olunmuş avadanlığın iş prinsipini və istifadə qaydalarını bilməli;
• İstifadə etdiyi torna alətlərinin növünü və təyin olunmasını bilməli;
• Ölçmə, ölçü alətləri, ölçü vahidləri, standartlaşdırma, hədd kənarlaşmaları və s. haqqında məlumatlı olmalı;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını bilməlidir.

Namizədə tələblər:

• Əh: müsahibə əsasında;
• 28-55 yaş;
• Ali texniki təhsil;
• Müvafiq iş stajı 3-5 il (alət sexində çalışanlara üstünlük verilir);
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• İstirahət: bazar günü;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=123 və ya hr@metak.az ünvanına CV göndərərək 30.08.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP