Middle UI Designer
 
JOB TITLE: Middle UI Designer
EMPLOYER: WedPro DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-30 LAST UPDATED: N/A DEADLINE: 2020-08-29



Middle UI Designer

Əziz dostlar, yeni yaranacaq şirkət üçün "out of box" düşünən, zövqlü yanaşması olan Middle UI dizayner axtarışındayıq! İnsanların həyatını dəyişəcək məhsulları dizayn etmək istəyirsənsə, onda müraciət et!

Şirkət özünün daxili startup layihələrini və yerli & qlobal müştərilərin digital layihələrini icra edəcək.

Kriteriyalar:

- Güclü PORTFOLIO & Figma, Sketch, XD, Adobe Photoshop, Adobe Illustrator'a hakim olmaq
- Peşəkar səviyyədə vizual dizayn & tipoqrafiya & ikonoqrafiya bacarıqları
- Web, mobil, tablet məhsulları & dizaynları üzrə minimum 1 il təcrübə
- İstifadəçi mərkəzli dizayn prinsipləri, interaktiv dizayn, informasiya arxitekturası üzrə biliklər, cəlbedici prezentasiya bacarığı
- Orta səviyyədə UX bilikləri (istifadəçi analizi, wireframing, testing)- Illustrasiya bacarıqları (üstünlükdür)
- Brendinq və marketinq bilikləri (üstünlükdür)
- Frontend məntiqini bilmək
- Max. 25 yaş

Öhədliklər:

- Project Manager, Product Manager, UX və Lead Designer ilə komanda formasında işləmək
- Şirkətin daxili və müştərilərin startup layihələri & kompleks məhsulları üçün verilən brendinq, UX, marketinq hədəfləri əsasında məhsuldar, kreativ, effektiv dizayn həlləri yaratmaq

Bizə qoşularaq dizayn karyeranda yeni səhifə aç! Əldə edəcəksən:

- Ən yaxşı UX/UI komadandalarından birində, yerli və qlobal məhsullar üzərində işləmək
- Dizayn bacarıqlarını reallaşdırmaq üçün rahat mühit
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 1400 AZN'ə qədər
- Karantin müddətində remote, karantindən sonra şəhər mərkəzində ofis (Yeni Həyat Plaza)
- 8 saat/5 gün
- Əmək haqqında performansa bağlı olaraq illik 40%'ə yaxın artım
- Təlim büdcəsi

Seçim PORTFOLIO əsasında aparılacaq! Portfoliosunda production'da məhsulları olan dizaynerlərə üstünlük veriləcək. Uzun müddətli işləmək üçün uyğun olan namizədlərin müraciət etməsini, xahiş edirik.

Müraciət qaydası və seçim proseduru:

- Pozisiyanı başlıqda qeyd edərək ("UI Designer - Middle") CV və portfolionuzu info@wed.az ünvanına göndərin. Başqa başlıqla göndərilən müraciətlər qəbul edilməyəcək.
- Interview
- Test Project

Azərbaycanın ən yaxşı UX/UI komandasında olmaq istəyirsənsə, gözləyirik!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP