Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi
 
JOB TITLE: Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi
EMPLOYER: Bank BTB DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-07-30 LAST UPDATED: N/A DEADLINE: 2020-08-29

Bank “BTB” ASC Satışa dəstək departamentinə Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi

İş barədə məlumat:

- Bankın reklam və təşviqat üzrə layihələrinin icrası;
- Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının və POS materiallarının düzgün istifadəsinin monitorinqinın aparılması;
- Brend kitabının və korporativ üslubun tələblərinə uyğun olaraq dizaynını hazırlamaq və nəzarəti təmin etmək;
- Bankın rəsmi internet və facebook səhifəsini mütəmadi olaraq yeniləmək, dizayn və saytın struktur dəyişiklərinə dair təkliflər vermək;
- Bankın ictimai əlaqələrini qurmaq;
- Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
- Bankın korporativ sosial məsuliyyət layihələrini hazırlanmasında iştirak etmək.
- Kontentin yaradılması və onun dolğun şəkildə təqdimatı;
- Sosial şəbəkə paylaşımları üçün mətn tərtibi;
- Press-reliz tərtibi;
- Ümumi görüşlərdə, breynstorminqlərdə iştirak.

Namizədə tələblər:

- Ali təhsil;
- Qeyd olunan sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan və rus ( əla) dil bacarıqları;
- Yüksək səviyyədə kontent düzəlişi bacarığı;
- Kreativ düşüncəyə malik olmaq;
- Sosial şəbəkələrin iş prinsipini bilmək;
- Görüş və tədbirlərin keçirilməsi təcrübəsi;
- Dinamik, çevik mühitdə işləmək bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Press-reliz yazmaq bacarığı;
- Komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
- Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Karyera və inkişaf perspektivləri;
- Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
- Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına 01.09.2020-ci il tarixinə qədər göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi ) göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP