İnşaatçı mühəndis
 
JOB TITLE: İnşaatçı mühəndis
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-04 LAST UPDATED: 2020-08-03 DEADLINE: 2020-09-03



İnşaatçı mühəndis 

Qartal Tikinti Firmasında sahə rəisi işləmək üçün təcili inşaatçı mühəndis tələb olunur.

İşçiyə tələblər aşağıdakı kimidir:

1. Müvafiq ixtisasa uyğun ali təhsil müəssisəsini bitirmiş olmalı;
2. Tikinti layihələrinə rəhbərlik üzrə müvafiq iş təcrübəsinə malik olmalı;
3. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
4. Kompüter biliklərinə word, excel, autocad və s. malik olmalıdır;
5. İngilis dili bilməsinə üstünlük veriləcək;
6. Avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsinin olması uyğundur.

İşçinin yerinə yetirdiyi işlər aşağıdakılardır:

1. SOCAR-a məxsus dənizdəki neft platformalarında tikinti-təmir işlərinə rəhbərlik edilməsi;
2. Qartal Tikinti Firmasının quruda tikdiyi obyektlərdə tikinti-quraşdırma işlərinə rəhbərlik etmək;
3. Layihələrin qiymətləndirilməsini həyata keçirib Sifarişçiyə təklif vermək üçün hazırlamaq;
4. Təhvil-təslim aktlarını (Forma 2, Forma 3) tərtib edib Sifarişçinin imzalaması üçün hazırlamaq;
5. Rəhbərlik etdiyi layihəyə cəlb olunmuş montajçılara, fəhlələrin işlərinin təşkili və keyfiyyətə nəzarətin həyata keçirilməsi;
6. Gündəlik Raportların elektron formatda baş ofisə göndərilməsi;

İşçi üçün yaradılan şərait

1. İlkin əmək haqqı olaraq 600-1000 manat vergilər daxil olmadan nəzərdə tutulur;
2. Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
3. İş yerinə daşınma və geri qayıtma firmanın nəqliyyat vasitəsilə həyata keçirilir;
4. Sahə rəisi təyin olunarsa ona xidməti avtomobil özünün idarə etməsi şərti ilə təhkim edilir;

Maraqlananların aşağıdakı email ünvanına CV-lərini göndərmələri tələb olunur: info@qartal.az
Yalnız CV göndərildikdən sonra sizinlə müvafiq danışıqlar aparıla bilər. Xahiş edirik, CV-lərinizdə iddia etdiyiniz əmək haqqını göstərin.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqə telefonu: +994 (18) 64 8 20 54/55; +994(12) 447 93 87
Mobil: +994 050 235 48 67 (Alina Camalova)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP