İR Karyera və təlim üzrə kiçik mütəxəssis
 
JOB TITLE: İR Karyera və təlim üzrə kiçik mütəxəssis
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-07 LAST UPDATED: N/A DEADLINE: 2020-09-06

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İR Karyera və təlim üzrə kiçik mütəxəssis

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment,MBA təhsili üstünlükdür)
İş təcrübəsi: 1 il
Yaş həddi: 21-26
İR Təlimlərində iştirak edən bəy namizədlərə üstünlük verilir.

Vəzifənin təsviri:

Təlimlərin, inkişaf yönümlü tədbirlərin təşkilini reallaşdırır və fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasına, karyera və inkişaf yönümlü layihələrin təşkili və gedişatına dəstək olur.

Vəzifə öhdəlikləri:

- Təlim ehtiyaclarının araşdırılması prosesində iştirak etmək;
- Təlim planının hazırlanması prosesində iştirak etmək;
- Təlimlərin hazırlanması və tədris edilməsi;
- Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimi keçmək;
- Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq;
- Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasına dəstək olmaq və bunlarla əlaqədar lazımi fəaliyyətləri göstərmək;
- Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərinin reallaşmasına dəstək olmaq;
- Əlavə korporativ fəaliyyətlər.

Tələblər:

- Öyrənmə və inkişafa yüksək həvəs;
- İR sahəsi üzrə karyera qurmaq hədəfi;
- MS Office proqramları biliyi;(MS Power Point Əla səviyyədə)
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və detallara qarşı diqqətlilik;

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İR Karyera və təlim üzrə kiçik mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP