IT Məhsullar üzrə Layihə meneceri
 
JOB TITLE: IT Məhsullar üzrə Layihə meneceri
EMPLOYER: Netgroup of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-18 LAST UPDATED: 2020-08-18 DEADLINE: 2020-09-17

NetGroup şirkəti haqqında

Biz yeni ideyalar və innovasiyalar şirkətiyik. Şirkətimiz ən yeni texnologiyalardan istifadə edərək, biznes təyinatlı proqram təminatları, veb layihələr, mobil tətbiqlərin yaradılmasını, brendinq, dizayn, rəqəmsal marketinq və geniş çeşidli reklam xidmətlərini təklif edir.

Məqsədimiz müştərilərimizin biznesinin genişlənməsinə və inkişaf etməsinə dəstək olmaqdır. Şirkətimiz sənaye, tikinti, maliyyə, avtomobil, turizm və digər sahələrdə çalışan bir sıra iri şirkətlərə geniş çeşidli xidmətlər göstərir.

IT Məhsullar üzrə Layihə meneceri

Namizədə tələblər:

• İT Produktların satışında 1 -3 illik təcrübəsi olmalı
• Rus, Azərbaycan və İngilis dillərində səlis ünsiyyət bacarığı
• MS Office proqramlarını yüksək səviyyədə bilməli;
• Verilən baza (DataBase) ilə iş təcrübəsi;
• Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
• Məsuliyyətli və güclü analitik düşünmə bacarığı;
• Hər hansı bir məhsulun rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı;

İş barədə məlumat:

• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
• Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
• Satış kampaniyalarının təşkil edilməsi;
• Yeni məhsulun inkişafı üçün təchizat və istehsal ilə bağlı təkliflərin irəli sürülməsi;
• Rəqib şirkətlərin qiymət və satış strategiyaları barədə təhlillərin aparılması.
• B2B görüşlərinin təşkili və təqdimatların hazırlanması
• Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi
• Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
• Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi
• Əmək Haqqı 1000-1500 arası. İş təcrübəsindən və bacarıqdan asılı olaraq əmək haqqı dəyişir.

İş şəraiti:

İş saatı 10:00-19:00 (6 günlük iş qrafiki, şənbə günü qisaldılmış gün)
İş yeri şəhərin mərkəzində yerləşir
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Müraciət qaydaları: hr@netgroup.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP