Layihə Menecerinin Asistenti
 
JOB TITLE: Layihə Menecerinin Asistenti
EMPLOYER: Online Trading DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-11 LAST UPDATED: 2020-08-11 DEADLINE: 2020-09-10

“Online Trading” MMC –nin əsas fəaliyyət istiqaməti müxtəlif internet layihələrdir. Hazırda şirkət Azərbaycanın ən böyük onlayn-hipermarketinin (Alsat.az saytının) yaradılmasını həyata keçirir. Şirkətin gələcək planlarında qlobal bazarı hədəfləyən çox böyük xidmət satışı saytının istifadəyə verilməsi və inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Layihə Menecerinin Asistenti

Vəzifə öhdəlikləri

• Layihə Menecerinin tapşırıqlarını icra etmək;
• Layihə komandasının qurulması istiqamətində işlər (namizədlərlə yazışmalar, görüşlərin təşkili və s.);
• Şirkətdaxili və xarici yazışmaların aparılması və görüşlərin (iclas, toplantı və d.) təşkili;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
• İşçilərin günlük tapşırıqlarının icrasına nəzarət;
• Həftəlik və aylıq nəticələrin demonstrasiyası;
• Daxili mini kargüzarlıq işləri.

Tələblər

• Təhsil: Təhsil - Ali
• Təcrübə: Minimum 1 il
• Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür)
• İT üzrə biliklər: MS Office proqramları.

Təkliflər

• Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaq)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Bank kartı ilə əmək haqqı ödənişi
• Yüksək səviyyəli iş avadanlığı
• Metrodan 10 dəqiqəlik piyada məsafədə rahat ofis (Plaza)
• İş saatları: 09:00-dan 18:00-dək;
• Nahar fasiləsi 13:00-dan 14:00-dək;

Səriştəlik

• Məsuliyyətli, disiplinli, açıq fikirli
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və icra etmək bacarığı
• İşçi heyəti ilə işləmək bacarığı
• Təşəbbüskarlıq, planlı düşüncə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@onlinetrading.az elektron ünvanına mövzu yerinə “Layihə Menecerinin Asistenti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP