Kontent Menecer
 
JOB TITLE: Kontent Menecer
EMPLOYER: Online Trading DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-11 LAST UPDATED: N/A DEADLINE: 2020-09-10

“Online Trading” MMC –nin əsas fəaliyyət istiqaməti müxtəlif internet layihələrdir. Hazırda şirkət Azərbaycanın ən böyük onlayn-hipermarketinin (Alsat.az saytının) yaradılmasını həyata keçirir. Şirkətin gələcək planlarında qlobal bazarı hədəfləyən çox böyük xidmət satışı saytının istifadəyə verilməsi və inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Kontent Menecer

Vəzifə öhdəlikləri

• Layihə Menecerinin tapşırıqlarını icra etmək;
• Online mağazada satılacaq məhsulları sayta sürətli və keyfiyyətli şəkildə əlavə etmək;
• Kontentində fərq (qiymət, məzmun və d.) yaranan məhsulların məzmununun operativ dəyişdirilməsi;
• Satış dövründə ən çox satılan məhsulları analiz edib, həmin məhsullarla bağlı düzgün strategiya formalaşdırmaq üçün təkliflər vermək;
• Davamlı trendləri izləmək və yeni trend yarada bilmək üçün planlar qurmaq;
• Həftəlik və aylıq nəticələrin demonstrasiyası;
• Əməkdaşlar və müştərilər üçün motivasiya xarakterli planlar hazırlayıb, rəhbərliyə təklif etmək.

Tələblər

• Təhsil: Təhsil - Ali
• Təcrübə: Minimum 1 il
• Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür)
• İT üzrə biliklər: MS Office proqramları, kompyuterdə sürətli yaza bilmək imkanı

Təkliflər

• Rəqabətli əmək haqqı (namizədlə müzakirə olunacaq)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Bank kartı ilə əmək haqqı ödənişi
• Yüksək səviyyəli iş avadanlığı
• Metrodan 10 dəqiqəlik piyada məsafədə rahat ofis (Plaza)
• İş saatları: 09:00-dan 18:00-dək;
• Nahar fasiləsi 13:00-dan 14:00-dək;

Səriştəlik

• Məsuliyyətli, disiplinli, açıq fikirli
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və icra etmək bacarığı
• Komanda ilə işləmək bacarığı
• Təşəbbüskarlıq, planlı düşüncə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@onlinetrading.az elektron ünvanına mövzu yerinə “Kontent Menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP