Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Excelsior Hotel Shamkir DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-18 LAST UPDATED: N/A DEADLINE: 2020-09-17

İşəgötürən: Excelsior Hotel Shamkir

Mühasib

İş barədə məlumat

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət, Əmlak, Torpaq) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqının hesablanması
- Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin və digərlərinin 1C 8.3 proqramına daxil edilməsi
- E-Qaimə Fakturanın tərtib olunması və göndərilməsi
- İş qrafiki: 6 günlük iş həftəsi
- İstirahət günləri bazar günü

Namizədə tələblər:

- Ali təhsil ( Qeyd olunan sahə üzrə İxtisas arzu olunandır)
- İş yeri Şəmkir şəhərində yerləşdiyindən Şəmkir və ətraf rayonlardan olan namizədlərə üstünlük veriləcəkdir
- Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
- Mühasibat sahəsində ən azı 1 il iş təcrübəsi
- Kollektiv ilə işləmə bacarığı
- Əmək haqqı 600-800 AZN. Namizədin təcrübəsinə uyğun olaraq

Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) financemanager@excelsiorhotelshamkir.az ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP