Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: Melissa Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-18 LAST UPDATED: 2020-08-19 DEADLINE: 2020-09-17

Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik.

Hal-hazırda “Melissa Group”-da yeni vakansiya mövcuddur:

Vəzifə: satış təmsilçisi

İş yeri: Bakı şəhəri

İş barədə məlumat

• Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
• Yaşayış komplekslərindəki hazır və tikintisi davam edən mənzillərin ofisdaxili satışının həyata keçirilməsi
• Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, mənzillər, onların təmiri, təhvil verilməsi, dövlət rüsumları və s. barədə dolğun məlumatların verilməsi;
• Müştərinin seçimindən asılı olaraq təmirli və ya təmirsiz mənzillərin layihələri, qiymətləri, ödəmə şərtləri (nağd və ya ipoteka) haqqında məlumatların veriməsi;
• Mənzillərin və ya mənzil nümunələrinin layihələrinə canlı baxışın keçirilıməsinin təşkil olunması;
• Mənzilin təmir növlərinin seçilməsində müştəriyə köməklik göstərilməsi;
• İnteryerin layihəsinin dəyişdirilməsində məsləhətlərin veriməsi, lazım gəldiyi təqdirdə memara yönləndirilməsi;
• Alqı-satqı müqavilələrinin tərtib olunması, 1C proqramına işlənməsi;
• Satışdan sonrakı xidmətlərin həyata keçirilməsi;
• Satış hesabatları ilə əlaqədar Rəhbərliyin verdiyi tapşırıqlarının yerinə yetirilməsi.
• Əmək haqqı 500 AZN+ bonus olaraq müəyyən olunur.
• İş qrafiki altı günlük iş həftəsi olaraq müəyyən olunur.

Namizədə dair tələblər

• Ali təhsil (sahə üzrə olması arzuolunandır)
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması (mənzil sektorunda təcrübə arzuolunandır);
• Riyazi hesablama və kompüterdən istifadə bacarığı (1C, MS Excel, MS Word)
• Komandada işləmə və satış həyata keçirmə bacarığı;
• Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
• Təqdimat bacarığı və müştəri məmnunluğuna nail olmaq bacarığına malik olması;
• Sürücülük vəsiqəsi
• Məsuliyyət, etik davranış və nizam-intizam.

CV-lərinizi hr@melissagroup.az ünvanına "satış təmsilçisi " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP