Qəbul-qeydiyyat üzrə qrup rəhbəri (Senior FO team Leader)
 
JOB TITLE: Qəbul-qeydiyyat üzrə qrup rəhbəri (Senior FO team Leader)
EMPLOYER: Lankaran Springs Wellness Resort DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-18 LAST UPDATED: N/A DEADLINE: 2020-09-17

 Ən yeni sağlamlıq-kurort kompleksi olan “LANKARAN SPRINGS WELLNESS RESORT” Azərbaycanın ən gözəl guşələrindən biri Lənkəran şəhərinin Haftoni kəndində, Bakının cənubundan 250 km məsafədə yerləşir “LANKARAN SPRINGS WELLNESS RESORT” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.

 “Lankaran Springs & Wellness ResortQəbul-qeydiyyat üzrə qrup rəhbəri (Senior FO team Leader) vəzifəsi üçün işçi qəbulu elan edir

Əsas Öhdəliklər

• Otaqların satışı, VİP qonaqlar, qruplar, komandalar üçün otaqların müəyyənləşdirilməsi və otaqların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və oteli tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir.
• Otelin işçi heyətinin iş fəaliyyətini təşkil edir və yoxlayır. Qonaqların tələblərini təmin etmək və xidmət standartlarına riayət etmək üçün bütün qeydiyyatların yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət edir.
• Departamentin ümumi iş axışını kontrol edir və ehtiyac yarandıqda müdaxilə edərək düzəlişlər edir.
• Əməkdaşlara təlim keçirilməsi gündəlik iş qrafikinin bir hissəsidir.
• Yeni işçilərin təlimatlandırılmasını və iş üzrə təlimlərin keçirilməsini həyata keçirir. İşçilərdə yüksək səviyyədə iş nümayiş etdirməsi üçün ruh yüksəkliyi yaradır. İldə bir dəfə işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsində iştirak edir.
• Qonaqların tələblərini və şikayətlərini nəzakətli və mədəni şəkildə dinləyir və həll edir. Qonağın tələblərini yerinə yetirmək üçün işçi heyətinə müvafiq təlimatları verir və qonaqlardan qəbul olunan bütün şikayətlərin qeydiyyatını aparır.
• İşlərin çox olduğu zaman qeydiyyat üzrə işçi heyətinə qonaqların qeydiyyatın aparılması, qonaqların qeydiyyatdan çıxarılması və qonaqların tələblərinin yerinə yetirilməsi işlərində kömək edir.
• Müxtəlif bölmələrlə qonaqlar haqqında onların oteldə qalma müddəti, otaqların tipi, hesabın təqdim olunması, qonaqların tələbləri kimi ətraflı məlumatlar üzrə digər şöbələrlə əlaqə saxlayır və qonaqların xüsusi tələblərinin müvafiq qaydada təmin edilməsinə nəzarət edir.
• Otelin məhsul və göstərdiyi xidmətləri ilə yanaşı otelin qonaqlarını maraqlandıra biləcək turist və işgüzar səyahətlər haqqında məlumatlara da eyni səviyyədə malikdir.
• Növbənin sonunda iş fəaliyyətinin effektivliyini təmin etmək üçün qonaqların şikayətləri, qeyri-adi situasiyalar və hadisələr haqqında hesabat təqdim edir.
• Digər departamentlərlə işin qarşılıqlı əlaqələndirilməsi və məlumat ötürülməsini təmin etməlidir.

Tələblər:

• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
• Otel təcrübəsi olanlara üstünlük veriləcək
• Azərbaycan, Rus dilinə mükəmməl hakimiyyət, İngilis dili arzuolunandır
• Lənkəranda işləmək imkanı

Təklif edirik:

• Tibbi sığorta (fərdi)
• Pespektiv və inkişaf
• Maaş – 800-1000 AZN (müsahibəyə əsasən yekun olaraq təyin olunacaq)
• Bakıdan Lənkərana transfer
• Yaşamaq üçün ev – paylaşılan otaq (shared room)
• Gündə 3 dəfə qidalanma
• Tam rəsmi qeydiyyat

CV nümunələri “Qəbul-qeydiyyat üzrə qrup rəhbəri və ya Senior FO team Leader” başlığı ilə hr@lankaransprings.az ünvanına gödərilməlidir.
Yalnız müvafiq başlıqla göndərilən CV-lər dəyərləndiriləcək

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP